Gecə saatlarında “BYD” alovlanıb yararsız hala düşdü VİDEO

11.08.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Binəqədi rayonunda minik avtomobili yanaraq yararsız vəziyyətə düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl gecə saatlarında Binəqədi qəsəbəsində baş verib. Belə ki, 99-QE-563 dövlət nömrə nişanlı “BYD” markalı avtomobil qəfil alışaraq yanmağa başlayıb. Yanğın ilkin olaraq nəqliyyat vasitəsinin ön hissəsində başlasa da, qısa müddətdə bütün avtomobili bürüyüb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürərək alovun ətrafa yayılmasının qarşısını alıblar.

Hadisə zamanı sürücü avtomobildə olmayıb. İddialara əsasən, yanğına elektrik sistemində baş vermiş qısaqapanma səbəb olub.

Nəticədə avtomobil tamamilə yanaraq sıradan çıxıb.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью