Gecə saatlarında “BYD” alovlanıb yararsız hala düşdü VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Binəqədi rayonunda minik avtomobili yanaraq yararsız vəziyyətə düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl gecə saatlarında Binəqədi qəsəbəsində baş verib. Belə ki, 99-QE-563 dövlət nömrə nişanlı “BYD” markalı avtomobil qəfil alışaraq yanmağa başlayıb. Yanğın ilkin olaraq nəqliyyat vasitəsinin ön hissəsində başlasa da, qısa müddətdə bütün avtomobili bürüyüb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürərək alovun ətrafa yayılmasının qarşısını alıblar.
Hadisə zamanı sürücü avtomobildə olmayıb. İddialara əsasən, yanğına elektrik sistemində baş vermiş qısaqapanma səbəb olub.
Nəticədə avtomobil tamamilə yanaraq sıradan çıxıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:Yasamalda idarəetmədən çıxan “BYD” tanınmaz hala düşdü VİDEO
01 İyul 2026 12:44
Ağac BYD nin üzərinə aşdı, maşın yararsız hala qaldı
07 Aprel 2026 11:12
“BYD Motors Baku” borca düşdü
19 Yanvar 2026 16:55
Nəsimidə nəhəng ağac “BYD”nin üzərinə düşdü VİDEO
06 Aprel 2026 16:46
Baxış sayı:123
Bu xəbər 11 Avqust 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















