Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq. İsrailin Qəzzaya qarşı strategiyası təkcə təhlükəsizlik məqsədləri ilə yox, həm də siyasi və
O HƏMAS-ı məhv etmək və bölgəni insansızlaşdırmaq fikrindədir.
Sülh danışıqları isə əsasən HƏMAS-ın əlindəki israilli əsirlərin azad olunmasına yönəlib.
Bu məsələ İsrail daxilində siyasi təzyiqlərə səbəb olur və əsirlərin azadlığından sonra daha genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı artır.Eyni zamanda, ABŞ-da narahatlıq var.
The New York Times yazır ki, Ağ Ev Netanyahunun Vaşinqtonun təklif etdiyi Qəzza üzrə sülh planını poza biləcəyindən ehtiyat edir.
Hazırda ABŞ-nin əsas məqsədi onu HƏMAS-a qarşı genişmiqyaslı hücumdan çəkindirmək və sülh prosesini davam etdirməkdir.Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında İsrailin əsas məqsədinin Qəzzanı insansızlaşdırmaq və HƏMAS-ı məhv etmək olduğunu söyləyib: "Bu sülh danışıqları ilə HƏMAS-ın əlindəki əsirləri azad etmək istəyirlər.
Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətində bu məsələ ciddi çətinliklər yaradır.
Həm müxalifət, həm də sadə insanlar hökuməti sərt şəkildə tənqid edirdilər.