Icma.az
close
up
RU
Gec‑tez sülh planı pozulacaq: İsrailin əsas məqsədi Qəzzanı insansızlaşdırmaqdır

Gec‑tez sülh planı pozulacaq: İsrailin əsas məqsədi Qəzzanı insansızlaşdırmaqdır

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İsrailin Qəzzaya qarşı strategiyası təkcə təhlükəsizlik məqsədləri ilə yox, həm də siyasi və demoqrafik hədəflərlə bağlıdır. O HƏMAS-ı məhv etmək və bölgəni insansızlaşdırmaq fikrindədir. Sülh danışıqları isə əsasən HƏMAS-ın əlindəki israilli əsirlərin azad olunmasına yönəlib. Bu məsələ İsrail daxilində siyasi təzyiqlərə səbəb olur və əsirlərin azadlığından sonra daha genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı artır.

Eyni zamanda, ABŞ-da narahatlıq var. The New York Times yazır ki, Ağ Ev Netanyahunun Vaşinqtonun təklif etdiyi Qəzza üzrə sülh planını poza biləcəyindən ehtiyat edir. Hazırda ABŞ-nin əsas məqsədi onu HƏMAS-a qarşı genişmiqyaslı hücumdan çəkindirmək və sülh prosesini davam etdirməkdir.


Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında İsrailin əsas məqsədinin Qəzzanı insansızlaşdırmaq və HƏMAS-ı məhv etmək olduğunu söyləyib:

 

"Bu sülh danışıqları ilə HƏMAS-ın əlindəki əsirləri azad etmək istəyirlər. Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətində bu məsələ ciddi çətinliklər yaradır. Həm müxalifət, həm də sadə insanlar hökuməti sərt şəkildə tənqid edirdilər. İnsanlar deyirdilər ki, HƏMAS-ın əlində israilli girovlar var və onların azad edilməsi vacibdir. Əsirlər azad edildikdən sonra İsrail hökumətində HƏMAS-ı məhv etmək üçün qalıcı savaşa başlamaq barədə fikirlər güclənə bilər. Ehtimal var ki, mümkün qədər tez savaşa başlamağa çalışacaqlar və HƏMAS-ın məhv edilməsi strategiyasını bunu əsas gətirərək aparacaqlar. Eyni zamanda Qəzzanın insansızlaşdırılması planı da davam edəcək".


Ekspert bildirib ki, bununla bağlı Trampın ilin əvvəlində, inauqurasiya mərasimindən dərhal sonra açıqladığı planı var idi: 

"O planın əsas elementlərinə görə Qəzza bölgəsindən insanlar köçürülməli və orada yəhudi yaşayış məskənləri salınmalı idi. Həmin planın həyata keçirilməsi istiqamətində addımlar atılır. Burada əsas məsələ İsrailin planı pozması yox, Trampın özünün həmin layihəni həyata keçirmək niyyətidir. Bu, öncədən razılaşdırılmış bir məsələdir. Ola bilər ki, HƏMAS aldadılıb və əsirlər azad edildikdən sonra ona qarşı əməliyyat başlasın. Qəzza bölgəsində son insan qalmayana qədər İsrail burada əməliyyat keçirməyə davam edə bilər. Gec‑tez bu sülh planı pozulacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see212

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see204

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see194

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see165

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see156

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see132

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see132

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see132

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see129

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see129

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see125

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see125

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see125

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see125

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see124

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see123

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see122

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri