Icma.az, Bizim media saytına istinadən bildirir. Son günlər metrodan istifadə edən sərnişinlər qatarların tez-tez tuneldə dayanmasından və s
Xüsusilə, qiymət artımından sonra bu cür halların artması narazılığa səbəb olub.
Sərnişinlərin müşahidələrinə görə, qatarlar bəzi stansiyalar arasında, məsələn, “Gənclik”dən “28 May”a qədər olan məsafəni adətən 2-3 dəqiqəyə qət etdiyi halda, indi bu müddət 6-7 dəqiqəyə qədər uzanır.
Tuneldə gözləmə halları isə adi hal alıb.Sərnişinlər haqlı olaraq düşünürlər ki, niyə yüksək ödəniş qarşılığında daha sürətli, rahat və fasiləsiz xidmət göstərilmir?
Məsələ ilə bağlı Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, gecikmələrin əsas səbəbi sərnişinlərin müdaxilələridir.
“Yeni tədris mövsümündən pik saatlarda intervalların azaldılmasına nail olunub.Bu isə xətlərdə qatarların qrafikə uyğun xüsusi nizamlı hərəkətini, qatarların yubanmasına təsir edən amillərin qarşısının alınmasını tələb edir.
Bu zaman metropoliten xətlərində qatarların hərəkətinə ən çox təsir edən hallar qatarların qapılarına müdaxilə və hüdud xəttinin keçilməsidir”.Qatarların tuneldə gözləməsi məsələsini isə Bəxtiyar Məmmədov təhlükəsizliklə əlaqələndirib: “Məlumdur ki, Qırmızı və Yaşıl xətlər “28 May” stansiyasında kəsişərək birləşir.
Bu səbəbdən bir istiqamətdə yubanma hər iki xətt üzrə qatarların hərəkətinə təsir edir və yubanmalara səbəb olur.