Icma.az
close
up
RU
Gedişhaqqı ARTDI, qatarlar tuneldə QALDI Bakı metrosunda gecikmənin SƏBƏBİ nədir?

Gedişhaqqı ARTDI, qatarlar tuneldə QALDI Bakı metrosunda gecikmənin SƏBƏBİ nədir?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Son günlər metrodan istifadə edən sərnişinlər qatarların tez-tez tuneldə dayanmasından və stansiyalara gec çatmasından narazılıq edirlər. Xüsusilə, qiymət artımından sonra bu cür halların artması narazılığa səbəb olub.  
 

Sərnişinlərin müşahidələrinə görə, qatarlar bəzi stansiyalar arasında, məsələn, “Gənclik”dən “28 May”a qədər olan məsafəni adətən 2-3 dəqiqəyə qət etdiyi halda, indi bu müddət 6-7 dəqiqəyə qədər uzanır.


Tuneldə gözləmə halları isə adi hal alıb.Sərnişinlər haqlı olaraq düşünürlər ki, niyə yüksək ödəniş qarşılığında daha sürətli, rahat və fasiləsiz xidmət göstərilmir?

Məsələ ilə bağlı Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, gecikmələrin əsas səbəbi sərnişinlərin müdaxilələridir.

“Yeni tədris mövsümündən pik saatlarda intervalların azaldılmasına nail olunub.
Bu isə xətlərdə qatarların qrafikə uyğun xüsusi nizamlı hərəkətini, qatarların yubanmasına təsir edən amillərin qarşısının alınmasını tələb edir. Bu zaman metropoliten xətlərində qatarların hərəkətinə ən çox təsir edən hallar qatarların qapılarına müdaxilə və hüdud xəttinin keçilməsidir”.
Qatarların tuneldə gözləməsi məsələsini isə Bəxtiyar Məmmədov təhlükəsizliklə əlaqələndirib:

“Məlumdur ki, Qırmızı və Yaşıl xətlər “28 May” stansiyasında kəsişərək birləşir. Bu səbəbdən bir istiqamətdə yubanma hər iki xətt üzrə qatarların hərəkətinə təsir edir və yubanmalara səbəb olur.
 

Nəticədə, sistem avtomatik olaraq qatarların təhlükəsizlik zonasına daxil olmasına icazə vermir. Belə olduqda arxadan gələn qatarlar məcburən stansiya və tunellərdə dayanaraq gözləməli olur.


Hər iki xəttə təsirləri azaltmaq üçün həm “İçərişəhər”, həm də “Dərnəgül” marşrutları üzrə qatarların hərəkətinə mümkün əlavə tənzimləmələr tətbiq edilir.
Sərnişinlərdən xahiş edirik, intervalın azaldılması şəraitində qatarların nizamlı hərəkətinə maneələr yaradan, xüsusilə hüdud xəttinin keçilməsinə, minib-düşmə zamanı diqqətli olmağa, qapıların tutularaq saxlanmasına və yekunda sərnişinlərin haqlı narazılığna səbəb olan bu kimi hallara yol verilməsin”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Oktyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri