Gələcək uğurlara aparan qüvvə | Icma.az
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın və doğma Partiyamızın qurucusu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına ən böyük siyasi mirası olan və bu gün ətrafında sıx birləşdiyimiz Yeni Azərbaycan Partiyası milli siyasi iradəni təmsil edən aparıcı qüvvə və xalqın ali mənafeyinin ifadəçisidir.
Yarandığı andan etibarən Azərbaycan tarixində əsaslı dəyişikliklərə yol açan YAP sözün əsl mənasında strateji inkişafa imza atmışdır.
Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə fəaliyyətini genişləndirən partiya hər zaman yeni nailiyyətlər əldə etmişdir.
Həqiqətən hər bir partiya üzvü, hər bir vətəndaş söyləyə bilər ki, YAP Cənubi Qafqazın ən böyük partiyası olmaqla “xalq partiyası” imicini formalaşdırmış, 31 illik iqtidar fəaliyyəti ilə etimadı doğrultmuşdur.
Azərbaycan tarixinə nəzər salsaq, müəyyən dövrlərdə mürəkkəb proseslərin olmasına, həmçinin çox acınacaqlı şəraitdə olan yaşayış tərzimizə şahidlik etmiş olarıq.
Belə çətin durumlarla məhz 1990-cı illərin əvvəlində qarşılaşmışdıq.
Tam oxu
Xəbəri oxu