Icma.az
close
up
RU
Gələcək uğurlara aparan qüvvə

Gələcək uğurlara aparan qüvvə

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın və doğma Partiyamızın qurucusu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına ən böyük siyasi mirası olan və bu gün ətrafında sıx birləşdiyimiz Yeni Azərbaycan Partiyası milli siyasi iradəni təmsil edən aparıcı qüvvə və xalqın ali mənafeyinin ifadəçisidir. Yarandığı andan etibarən Azərbaycan tarixində əsaslı dəyişikliklərə yol açan YAP sözün əsl mənasında strateji inkişafa imza atmışdır. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə fəaliyyətini genişləndirən partiya hər zaman yeni nailiyyətlər əldə etmişdir. Həqiqətən hər bir partiya üzvü, hər bir vətəndaş söyləyə bilər ki, YAP Cənubi Qafqazın ən böyük partiyası olmaqla “xalq partiyası” imicini formalaşdırmış, 31 illik iqtidar fəaliyyəti ilə etimadı doğrultmuşdur.

Azərbaycan tarixinə nəzər salsaq, müəyyən dövrlərdə mürəkkəb proseslərin olmasına, həmçinin çox acınacaqlı şəraitdə olan yaşayış tərzimizə şahidlik etmiş olarıq. Belə çətin durumlarla məhz 1990-cı illərin əvvəlində qarşılaşmışdıq. 1992-ci ilin ağır sosial-siyasi, iqtisadi kataklizmlər dövründə Respublikanın 91 nəfər ziyalısı “Səs” qəzeti vasitəsilə dahi Heydər Əliyevə müraciət etdi. 1992-ci ilin noyabrında Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dünənin, bugünün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Adından göründüyü kimi partiyanın qarşısında duran məqsəd - yeni, totalitarizmin buxovlarından azad olan, həmçinin ictimai-siyasi cəhətdən sabit olan Azərbaycanın qurulmasından, demokratik inkişaf yolunun seçilməsindən ibarət idi.
Partiyamızın Nizamnaməsində də qeyd edilirdi ki, partiya hakimiyyət uğrunda mübarizə aparan bir partiya kimi yaranmır. Partiya Azərbaycanın bu ağır dövründə ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranmışdı. 1993-cü il oktyabr ayının 3-də Ulu Öndər Heydər Əliyevin Ölkə Prezidenti seçilməsiylə partiyanın həyatında yeni bir dövrün əsası qoyuldu, Azərbaycanda demokratik, hüquqi, sivil dövlət quruculuğu istiqamətində bəyanatları açıq şəkildə reallaşmağa başladı. YAP-a inamın artmasına səbəb də məhz bu məqsədlərin yalnız kağız üzərində qalmaması, əməli işdə özünü təsdiqləməsi oldu.
Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması ilə müasir tipli siyasi sistemin, yeni siyasi mədəniyyətin əsası qoyuldu. Daxili və xarici siyasətin prinsiplərini ehtiva edən mükəmməl milli inkişaf proqramı hazırlanıb həyata keçirildi. Xalq milli mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq, milli birlik ideologiyası ətrafında birləşdi. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində mühüm tarixi nailiyyətlər əldə olundu.
Ümumilikdə 800 minədək üzvü olan Yeni Azərbaycan Partiyası saysız-hesabsız uğurlara imza atmaqdadır. Bu say özlüyündə Partiyanın məram və məqsədlərinin hər bir vətəndaş üçün qəbuledilənliyinin göstəricisidir. Digər bir vacib xüsusiyyət partiya sıralarına qoşulan gənclərin artım statistikasıdır. Belə ki, YAP sıralarına qoşulanların 50 faizdən çoxu gənclərdir. Bu gün gənclik YAP-ı təkzibedilməz güc kimi qəbul edir, Respublikamızı inkişafa, gələcək uğurlara aparan yeganə qüvvə kimi tanıyır.
Yeni Azərbaycan Partiyası 32 ildə şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə, xüsusilə tariximizdə ilk dəfə olaraq 2024-cü ilin fevral və sentyabr aylarında bütöv Azərbaycan ərzisində keçirilmiş Prezident və Parlament seçkilərində də qazandığı qələbələr partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Hər birimiz böyük qürur hissi keçiririk ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir və Yeni Azərbaycan Partiyasının Sədri, Dövlətimizin Başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 2021-ci ilin 5 mart tarixində partiyanın keçirilən VII qurultayında çıxışı zamanı bir çox məsələlərə toxunaraq Partiyamızın VII qurultayının ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu bildirmişdir. Bəli, məhz bu önəmli tarixi hadisələr vətəndaşlarımızın partiyaya olan sevgisini daha da gücləndirmiş, partiya sırlarında yüksək artım qeydə alınmışdır. Belə ki, VII qurultaydan ötən bu müddətədək partiya sıralarına 30 mindən çox üzv qəbul olunmuşdur. Möhtərəm Prezident qurultayda diqqətə çatdırdı ki, “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əldə olunan nailiyyətlərin əsasında dahi Heydər Əliyevin ideyaları dayanır. Ötən dövr ərzində Ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır”.
Bəli, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu realllığı Azərbaycan xalqı görür və bəlkə də son 30 ildə bu qədər qürurlu olmamışdı.Ona görə ki cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti hesabına tariximizin Zəfər Salnaməsi yazıldı. Eynilə erməni seperatizminə qarşı ötən il həyata keçirdiyimiz və uğurla nəticələnən anti-terror tədbirləri, Azərbaycanın qüdrətli dövlət olmasının, düzgün və bənzərsiz siyasətimizin, ölkədəki xalq-iqtidar birliyinin sarsılmazlığının bariz nümunəsi olmuşdur ki, məhz bu gün müstəqil və bütöv Azərbaycanın hər diyarında-xüsusilə anti-milli qüvvələrin əbədi olaraq əlçatmaz hesab etdiyi doğma, əzəli torpaqlarımızda-Xocalıda, Xankəndidə, Xocavənddə, Ağdərədə və digər ərazilərimizdə Azərbaycanın dövlət Bayrağı qürurla dalğalanır.
Doğma Partiyamızın yaranmasının 32-ci ildönümünü qürurla qeyd edirik. Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri