Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı açıqlanan məlumatlardan aydın olur ki, gələn il üçün həm minimum əməkhaqqında, həm də minimum pensiya məbləğində artım olacaq.
Lakin yeni ildən minimum əməkhaqqının məbləğinin nə qədər olacağı açıqlansa da, minimum pensiya məbləğində nə qədər artımın olacağına dair hər hansı məlumat açıqlanmır.
Buna görə də 2025-cü ildə minimum pensiyanın yeni məbləği ilə bağlı yalnız fərziyələr səsləndirilir.
Sfera.az açıqlanan bəzi məlumatlara istinadən bildirir ki, növbəti ildən minimum pensiyanın məbləğinin 320 manat olması ehtimalı var.
Bu ehtimalı irəli sürməyə minimum əməkhaqqının 400 manata və pensiyaçılar üçün “dəfn pulu”nun 960 manata çatdırılması əsas verir.
Azərbaycanda son illər minimum əməkhaqqı məbləği ilə minimum pensiya məbləği arasında müəyyən tarazlıq təmin edilib.
Həmin tarazlığa görə minimum pensiya məbləği adətən minimum əməkhaqqının 80 faizi qədərində olur.