Icma.az
close
up
RU
Gələn il minimum pensiya bu qədər ARTACAQ PROQNOZ

Gələn il minimum pensiya bu qədər ARTACAQ PROQNOZ

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı açıqlanan məlumatlardan aydın olur ki, gələn il üçün həm minimum əməkhaqqında, həm də minimum pensiya məbləğində artım olacaq. Lakin yeni ildən minimum əməkhaqqının məbləğinin nə qədər olacağı açıqlansa da, minimum pensiya məbləğində nə qədər artımın olacağına dair hər hansı məlumat açıqlanmır. Buna görə də 2025-cü ildə minimum pensiyanın yeni məbləği ilə bağlı yalnız fərziyələr səsləndirilir.

Sfera.az açıqlanan bəzi məlumatlara istinadən bildirir ki, növbəti ildən minimum pensiyanın məbləğinin 320 manat olması ehtimalı var.

Bu ehtimalı irəli sürməyə minimum əməkhaqqının 400 manata və pensiyaçılar üçün “dəfn pulu”nun 960 manata çatdırılması əsas verir. Azərbaycanda son illər minimum əməkhaqqı məbləği ilə minimum pensiya məbləği arasında müəyyən tarazlıq təmin edilib. Həmin tarazlığa görə minimum pensiya məbləği adətən minimum əməkhaqqının 80 faizi qədərində olur.

Hazırda minimum əməkhaqqı 345 manat, minimum pensiya isə 280 manat təşkil edir. Müqayisədən görünür ki, minimum pensiya məbləği minimum əməkhaqqının 81 faizinə bərabərdir.

2019 və 2022-ci ildə də nisbət 80 faiz səviyyəsində olub. 2019-cu ildə minimum əməkhaqqı 250 manat, minimum pensiya 200 manat, 2022-ci ildə minimum əməkhaqqı 300 manat, minimum pensiya 240 manat təşkil edib.

Son illərdə yaranan bu nisbətə istinadən deyə bilərik ki, növbəti maaş və pensiya artımından sonra da 80 faizlik nisbət qorunacaq. Yəni minimum əməkhaqqı 400 manat olacaqsa, minimum pensiya da 320 manata qaldırılacaq.

Bundan başqa, pensiyaçılar üçün “dəfn pulu”nun 960 manata çatdırılması da minimum pensiya məbləğinin 320 manat olacağı qənaətini formalaşdırır. Qaydalara görə, dəfn üçün verilən birdəfəlik müavinətin məbləği minimum pensiyanın 3 misli qədərində olmalıdır. Hazırda minimum pensiya 280 manat olduğundan “dəfn pulu” da 840 manatdır. Əgər yeni ildən “dəfn pulu” 960 manat olacaqsa, məntiqlə minimum pensiya da 320 olacaq.

Beləliklə, hər iki göstəricini əsas götürərək proqnozlaşdırmaq olar ki, gələn il Azərbaycanda pensiyaların minimum məbləği 320 manata çatdırılacaq.

Vasif

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri