Gələn ilin büdcəsi müzakirədə: nazirlər Milli Məclisə gəliblər | Icma.az
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hərbi və sosial xərclər artırılır - Büdcədə neftin bir barelinin qiyməti 70 ABŞ dolları həcmində nəzərdə tutulub Bu gün Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi başlayıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib.
Müzakirədə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 37 milyard 520 milyon 952 min manat, yerli gəlirləri 795 milyon 48 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 567 milyona 265 min manat, yerli xərcləri 800 milyon 335 min manat) məbləğində proqnozlaşdırılıb.
Yaşayış minimumu və ehtiyac meyarı artırılır Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə dair rəyində bildirlib ki, ölkəmizdə yaşayış minimumu və ehtiyac meyarının həddi artırılır.
Belə ki, yeni büdcə layihəsində 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilir.
Xatırladaq ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat məbləğində müəyyən olunmuşdu.
Tam oxu
Xəbəri oxu