Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Gələn ilin büdcəsi müzakirədə: nazirlər Milli Məclisə gəliblər

Gələn ilin büdcəsi müzakirədə: nazirlər Milli Məclisə gəliblər

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hərbi və sosial xərclər artırılır - Büdcədə neftin bir barelinin qiyməti 70 ABŞ dolları həcmində nəzərdə tutulub

Bu gün Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi başlayıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib. Müzakirədə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 37 milyard 520 milyon 952 min manat, yerli gəlirləri 795 milyon 48 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 567 milyona 265 min manat, yerli xərcləri 800 milyon 335 min manat) məbləğində proqnozlaşdırılıb.

Yaşayış minimumu və ehtiyac meyarı artırılır

Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə dair rəyində bildirlib ki, ölkəmizdə yaşayış minimumu və ehtiyac meyarının həddi artırılır. Belə ki, yeni büdcə layihəsində 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilir.

Xatırladaq ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat məbləğində müəyyən olunmuşdu. Qeyd edək ki, yaşayış minimumu öz növbəsində ehtiyac meyarı əsasında müəyyən edilir. Yeni büdcə layihəsində 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilir. 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. Ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyənləşdirilir.

Minimum pensiya məbləği dəyişməyəcək

Azərbaycanda gələn il minimum pensiya məbləği dəyişməyəcək. Belə ki, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində minimum pensiya məbləğinin 280 manat olacağı qeyd olunub. Bildirilir ki, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda bu il də minimum pensiyanın məbləği 280 manat olub. Ancaq 280 manat pensiya alanlar indeksasiya ilə 280 manatdan çox pensiya alacaqlar.

Komitə sədri: “2025-ci ilin dövlət büdcəsi artan büdcədir”

Gələn il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 16 milyard 909,7 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu isə 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub. Sosialyönlü xərclər siyahısına büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər, o cümlədən 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi ilə bağlı nəzərdə tutur. Sənəddə qeyd olunub ki, bu 2024-cü illə müqayisədə 1370,0 milyon manat və ya 8,8 faiz, 2023-cü ilin icrası ilə müqayisədə isə 2560,5 milyon manat və ya 17,8 faiz çoxdur. Bununla yanaşı "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın maliyyələşdirilməsi çərçivəsində növbəti il üçün sosialyönlü xərclərlə bağlı 892,6 milyon manat vəsait proqnozlaşdırılıb.

İclasda “2025-ci ilin dövlət büdcəsi artan büdcədir”, deyən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, 2025-ci ilin dövlət büdcəsində yalnız iqtisadi strategiya deyil, milli prioritetlər də nəzərə alınıb: "Üst-üstə düşən maliyyə ehtiyaclarının qarşılanması da növbəti ilin dövlət büdcəsinin əsas xüsusiyyətlərindəndir. Azərbaycan qonşu dövlətlər kimi qarşıda duran taleyüklü məsələlərini xaric kreditlər, borclar hesabına həll etmir. Bu il də sosial yönümlülük bizim büdcənin əsas prinsiplərinəndir”.

Hərbi xərclər artırılır

Büdcə sənədindən məlum olur ki, Azərbaycanın növbəti il üçün büdcəsində müdafiə və təhlükəsizlik xərcləri ümumilikdə 8 milyard 396 milyon manat olacaq. İlkin olaraq sözügedən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Lakin Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək. 2025-ci ilin xərclərin strukturuna müdafiə qüvvələri üçün 2 milyard 665, 2 milyon, milli təhlükəsizlik üçün 467 milyon 917 min, sərhəd xidməti üçün 540 milyon 314 min manat daxildir. Həmçinin müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 4 milyard 717,4 manat nəzərdə tutulub.

Komitə iclasında maliyyə naziri Samir Şərifov bildirib ki, müdafiə və milli təhlükəsizlik xərclərinə növbəti ilin büdcə xrəclərinin 20,3 faizi həcmində, 8 milyard 396 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Şərifov onu da bildirib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi tərtib olunarkən İqtisadiyyat Nazirliyinin proqnozları əsasında ümum daxili məhsulun artımı 3.5 faiz, neftin bir barelinin qiyməti 70 ABŞ dolları həcmində nəzərdə tutulub.

Xatırladaq ki, 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 75  ABŞ dolları həcmində müəyyən olunmuşdu.

Baş bankir: “İqtisadi artım üzrə gözləntilərdə nikbinlik müşahidə edilir”

İclasda iştirak edən Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, iqtisadi artım üzrə gözləntilərdə nikbinlik müşahidə edilir: “Ölkəmizin əksər ticarət tərəfdaşlarının da ilin sonuna iqtisadi artım proqnozları yüksəlib. Apardığımız təhlillər göstərir ki, 12 aylıq inflyasiya göstəriciləri apardığımız antiinflyasiya tədbirlərindən də təsirlənib. Mərkəzi Bankın 2024-cü ilin sonuna inflyasiya proqnozu 5,1 faizdir. İyul ayında bu göstərici 5,4 % idi. İnflyasiya təzyiqlərinin azalmasını nəzərə almaqla, AMB pul siyasətini həm də kəmiyyət baxımından yumşaldıb. AMB cari ildən başlayaraq sterelizasiya əməliyyatlarının həcmini kəskin azalıb”.

“Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti maliyyə bazarlarının stabil fəaliyyətinə yönəlib. 2024-cü ildə də əhalinin və sahibkarların maliyyəyə əlçatanlılığı diqqətdə saxlanılıb. Proqnozlara əsasən, deyə bilərik ki, Azərbaycanda 2025-ci ildə inflyasiyanın 5.8 faiz olacağı gözlənilir”, - deyə baş bankir vurğulayıb.

Qeyd edək ki, gələn ilin büdcə layihəsi ilə bağlı Milli Məclisin komitələrində müzakirələr keçirildikdən sonra layihə plenar iclasa tövsiyə olunacaq. 2025-ci ilin dövlət büdcəsi ilə bağlı Milli Məclisin bir neçə plenar iclasının keçiriləcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Noyabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see216

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see178

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see137

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri