Gələn ünvanlı dövlət sosial yardımını orta məbləği 500 manatı keçəcək” DEPUTAT | Icma.az
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın artan iqtisadi-maliyyə qüdrəti son 5 ildə dövlət büdcəsinin gəlir və xərclərinin yüksəliş dinamikasını davamlı təmin edib, büdcənin gəlirləri 2019-cu ildəki 23,1 milyard manatdan 2024-cü ildə 36,4 milyard manata çatdırılmaqla 13,3 milyard manat və ya 58 faiz artıb.
Büdcənin xərcləri isə sözügedən dövrdə 25,1 milyard manatdan 39,8 milyard çatdırılmaqla 14,7 milyard manat və ya 55 faizə yaxın yüksəlib.
Büdcədə sosial xərclərin artımı son 5 ildə 2,4 milyard manatdan 4,9 milyard manata qədər artırılıb.
Bu dövrdə Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri və xərcləri isə 40 faizdən çox artaraq 3,9 milyard manatdan 7,3 milyard manata çatıb.
Büdcə gəlirləri və büdcədənkənar fondun gəlirləri hesabına ölkəmizdə sosial sahələrdə əsaslı irəliləyişlərə nail olunub, vətəndaşların rifahının daha da yüksəldilməsi və onların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində güclü maliyyə təminatları yaradılıb.
Bu siyasət davamlı və daha da genişhəcmli xarakter daşıyır və 2025-ci ildə əhatəli sosial dəstək tədbirləri həyata keçiriləcək.
Bu fikirləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Tam oxu
Xəbəri oxu