Icma.az
close
up
RU
Gələn ünvanlı dövlət sosial yardımını orta məbləği 500 manatı keçəcək” DEPUTAT

Gələn ünvanlı dövlət sosial yardımını orta məbləği 500 manatı keçəcək” DEPUTAT

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın artan iqtisadi-maliyyə qüdrəti son 5 ildə dövlət büdcəsinin gəlir və xərclərinin yüksəliş dinamikasını davamlı təmin edib, büdcənin gəlirləri 2019-cu ildəki 23,1 milyard manatdan 2024-cü ildə 36,4 milyard manata çatdırılmaqla 13,3 milyard manat və ya 58 faiz artıb. Büdcənin xərcləri isə sözügedən dövrdə 25,1 milyard manatdan 39,8 milyard çatdırılmaqla 14,7 milyard manat və ya 55 faizə yaxın yüksəlib. Büdcədə sosial xərclərin artımı son 5 ildə 2,4 milyard manatdan 4,9 milyard manata qədər artırılıb. Bu dövrdə Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri və xərcləri isə 40 faizdən çox artaraq 3,9 milyard manatdan 7,3 milyard manata çatıb. Büdcə gəlirləri və büdcədənkənar fondun gəlirləri hesabına ölkəmizdə sosial sahələrdə əsaslı irəliləyişlərə nail olunub, vətəndaşların rifahının daha da yüksəldilməsi və onların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində güclü maliyyə təminatları yaradılıb. Bu siyasət davamlı və daha da genişhəcmli xarakter daşıyır və 2025-ci ildə əhatəli sosial dəstək tədbirləri həyata keçiriləcək.

Bu fikirləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin büdcə zərfi də sosialyönümlüdür, büdcədə sosial xərclərin məbləği 41 faiz təşkil edəcək. Bu, dövlətin yürütdüyü siyasətdə vətəndaşların sosial rifahının mühüm prioritet təşkil etdiyini göstərir: “Büdcədə birbaşa sosial xərclərin maliyyə tutumu 20 milyard manata yaxındır. Təkcə, sosial müdafiə və sosial təminat xərcləri 4,8 milyard manat təşkil edir. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri 7,8 milyard manat olmaqla, növbəti ildə sosial xərcləri qarşılamaq üçün əhəmiyyətli maliyyə mənbəyi formalaşacaq. Ümumilikdə, gələn il növbəti sosial islahat paketi icra olunacaq. Minimum əməkhaqqı və pensiya, təqaüd və sosial müavinətlər artırılacaq. Minimum əməkhaqqı 345 manatdan 400 manata qaldırılacaq, yəni, təxminən 16 faizədək artırılacaq. Minimum pensiya da təxminən 10 faiz artacaq.

2025-ci il üçün yaşayış minimumu və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarı həddi 285 manat məbləğində müəyyən olunacaq. Cari il üçün hər iki göstərici 270 manat məbləğində təsdiq edilmişdi. Yəni gələn il hər iki rəqəm 5 faizdən çox artırılacaq. Beləliklə, 2025-ci ildə ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması sayəsində ünvanlı sosial yardımın aylıq məbləğinin də yüksəlməsi və əhatəsinin genişlənməsi üçün hüquqi əsas yaranacaq. Hazırda bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta məbləği təxminən 480 manat təşkil edir. Bu o deməkdir ki, gələn bu yardımın məbləği 7-8 faiz artmaqla, 500 manatı keçəcək”.

A.Hüseynov bildirib ki, ümumiyyətlə, 2025-də əhalinin həssas təbəqəsinin xərcləri üçün dövlət büdcəsindən 2 milyard 600,2 milyon manat vəsait ayırmaq nəzərdə tutulub: “Buna yașa, əlilliyə, ailə başçısının itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan șəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Prezident təqaüdlərinin maliyyələșdirilməsi üçün 1 milyard 942,9 milyon manat (2024-cü ilə nisbətən 55,4 milyon manat və ya 2,9 faiz çox), ünvanlı dövlət sosial yardımlarının verilməsinə görə 457,3 milyon manat, “Azərbaycan Respublikası Məșğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrasına uyğun olaraq işsiz şəxslərin məșğulluq imkanlarını artırmaq məqsədilə haqqı ödənilən ictimai işlərlə bağlı xərclərə isə 200 milyon manat da daxildir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri