News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabrın 18-dən Milli Məclisdə 2025-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb.News24.az“Qafqazinfo”-ya istinadla xəbər verir ki, müzakirəyə çıxarılan sənədlərdən, həmçinin Hesablama Palatasının müvafiq layihələrlə bağlı rəylərindən gələn il üçün nəzərdə tutulmuş sosial paketin miqyası məlum olur.
Əvvəlcə ondan başlayaq ki, növbəti ildə minimum əməkhaqqı və pensiyanın, sosial müavinətlərin, təqaüdlərin və digər ödənişlərin artırılması nəzərdə tutulub.
Bu məqsədlə 2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərclərinin 2024-cü illə müqayisədə 1 milyard 370 milyon manat və ya 8,8 faiz artırılaraq 16 milyard 909,7 milyon manata çatdırılması proqnozlaşdırılıb.
Bununla belə, qeyd edilən istiqamətlərdə artımın nə qədər olacağı məlum deyil.
Belə ki, müvafiq artımlar ölkə başçısının sərəncamları əsasında reallaşdırılır.
Yalnız Hesablama Palatasının 2025-ci ilin dövlət büdcəsinə rəyindən məlum olur ki, gələn il minimum əməkhaqqı 400 manata çatdırılacaq.Bu, ilk növbədə Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alanların tutduqları vəzifənin dərəcəsindən asılı olaraq maaşlarının 16 faizə qədər artacağı deməkdir.
Digər tərəfdən minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.