Icma.az
close
up
RU
Gələnilki artımlar kimləri əhatə edəcək?

Gələnilki artımlar kimləri əhatə edəcək?

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 18-dən Milli Məclisdə 2025-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb.

News24.az“Qafqazinfo”-ya istinadla xəbər verir ki, müzakirəyə çıxarılan sənədlərdən, həmçinin Hesablama Palatasının müvafiq layihələrlə bağlı rəylərindən gələn il üçün nəzərdə tutulmuş sosial paketin miqyası məlum olur. 

Əvvəlcə ondan başlayaq ki, növbəti ildə minimum əməkhaqqı və pensiyanın, sosial müavinətlərin, təqaüdlərin və digər ödənişlərin artırılması nəzərdə tutulub. Bu məqsədlə 2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərclərinin 2024-cü illə müqayisədə 1 milyard 370 milyon manat və ya 8,8 faiz artırılaraq 16 milyard 909,7 milyon manata çatdırılması proqnozlaşdırılıb. 

Bununla belə, qeyd edilən istiqamətlərdə artımın nə qədər olacağı məlum deyil. Belə ki, müvafiq artımlar ölkə başçısının sərəncamları əsasında reallaşdırılır. Yalnız Hesablama Palatasının 2025-ci ilin dövlət büdcəsinə rəyindən məlum olur ki, gələn il minimum əməkhaqqı 400 manata çatdırılacaq.

Bu, ilk növbədə Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alanların tutduqları vəzifənin dərəcəsindən asılı olaraq maaşlarının 16 faizə qədər artacağı deməkdir. Digər tərəfdən minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu da 2025-ci ildən etibarən dövlət və ya özəl sektorda işləməsindən asılı olmayaraq heç kəsin 400 manatdan az maaş almayacağı mənasını verir. Bu amil, həmçinin özəl sektorda əməkhaqlarının artırılmasının “hərəkətverici qüvvəsi” ola bilər.  Ümumilikdə isə 2025-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının əvvəlki illə müqayisədə 9,1 faiz artaraq 1080,1 manata çatacağı proqnozlaşdırılır. Bu da növbəti ildə gözlənilən maaş artımına aydınlıq gətirmiş olur.

Əməkhaqlarından bəhs etdikdə, həmçinin qeyd olunmalıdır ki, 2024-cü ilin yanvar-sentyabr ayı ölkə üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. İlin sonuna doğru bu göstəricidə dəyişiklik olmadığı təqdirdə 2025-ci ilin əvvəlində bütün əmək pensiyalarının bu səviyyədə artacağı gözlənilir.  

Minimum pensiyalara gəldikdə, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləğinin minimum əməkhaqqı səviyyəsinin 75‒80 faizində saxlanılacağı bildirilir. Bu nisbətə əsaslansaq, 2025-ci ildə minimum pensiya məbləği maksimum 320 manat olmalıdır. 

Eyni zamanda, ehtiyac meyarının həddinin 2024-cü illə müqayisədə 2025-ci ildə 15 manat artırılaraq 285 manata yüksəldilməsi nəzərdə tutulub.

Ehtiyac meyarı ünvanlı sosial yardımın təyin edilməsində tətbiq olunan göstəricidir. Bu da ona gətirib çıxaracaq ki, cari illə müqayisədə gəliri artmayan ailələrə edilən ünvanlı sosial yardımların məbləği artacaq. Məsələn, aylıq gəliri 800 manat olan ailə üçün nəzərdə tutulan ünvanlı sosial yardımın məbləği 2024-cü ildə 280 manat olduğu halda, 2025-ci ildə bu göstərici 340 manat təşkil edəcək.       

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Noyabr 2024 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see265

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see265

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see254

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see233

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see228

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see204

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see201

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see196

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see195

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see195

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see189

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see186

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see186

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see181

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see180

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see177

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see172

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see172

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see172

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri