Gəlirlər artıb, xərclər tam təmin edilib | Icma.az
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq. Büdcədə qeyri-neft yığımları əsas yer tutur 2025-ci ilin ötən 3 ayı ərzində Azərbaycan
Birinci rübdə dövlət büdcəsinin gəlirləri 9,7 milyard manatı ötüb ki, bu da proqnozdan 171,3 milyon manat (1,8 faiz) çoxdur.
İlk 3 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox gəlirlərin yığımı icra edilib.
Bu, cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizi deməkdir.
Büdcə gəlirlərinin 4,3 milyard manatı və ya 45 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3,6, milyard manatı və ya 37,2 faizi Dövlət Neft Fondundan transfertin, 1,4 milyard manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, digər yığımlar isə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən və dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşür.
Fiskal yığımların strukturunda vergi orqanları büdcəyə 98,9 milyon manat və ya 2,3 faiz, əmlak xidməti 1,2 milyon manat və ya 13 faiz çox vəsait ödəyib.
Gəlirlər xərcləri üstələyib Yeri gəlmişkən, dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 50,9 faizini təşkil etməklə təxminən 5 milyard manat təşkil edib.
Bu, proqnozla müqayisədə 164,6 milyon manat və ya 3,4 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 285,8 milyon manat və ya 6,1 faiz çoxdur.
Tam oxu
Xəbəri oxu