Icma.az
close
up
RU
Gəlirlər artıb, xərclər tam təmin edilib

Gəlirlər artıb, xərclər tam təmin edilib

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Büdcədə qeyri-neft yığımları əsas yer tutur

2025-ci ilin ötən 3 ayı ərzində Azərbaycan iqtisadiyyatındakı artım dinamikası ölkədə fiskal yığımların da böyüməsinə səbəb olub. Birinci rübdə dövlət büdcəsinin gəlirləri 9,7 milyard manatı ötüb ki, bu da proqnozdan 171,3 milyon manat (1,8 faiz) çoxdur. İlk 3 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox gəlirlərin yığımı icra edilib. Bu, cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizi deməkdir.

Büdcə gəlirlərinin 4,3 milyard manatı və ya 45 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3,6, milyard manatı və ya 37,2 faizi Dövlət Neft Fondundan transfertin, 1,4 milyard manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, digər yığımlar isə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən və dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşür. Fiskal yığımların strukturunda vergi orqanları büdcəyə 98,9 milyon manat və ya 2,3 faiz, əmlak xidməti 1,2 milyon manat və ya 13 faiz çox vəsait ödəyib.

Gəlirlər xərcləri üstələyib

Yeri gəlmişkən, dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 50,9 faizini təşkil etməklə təxminən 5 milyard manat təşkil edib. Bu, proqnozla müqayisədə 164,6 milyon manat və ya 3,4 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 285,8 milyon manat və ya 6,1 faiz çoxdur.

Büdcənin gəlirlər hissəsi üzrə daxilolmalarda qeydə alınan artımlar büdcə xərclərinin tam şəkildə icrasının da təmin edilməsinə mühüm təsir göstərib. Belə ki, 2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 8 milyard 115 milyon manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 19,6 faizinə bərabər olub.

Dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib. Xərclərin 5 milyard 51 milyon manatı və ya 62,2 faizi cari xərclərə, 25,8 milyard manatı və ya 31,8 faizi əsaslı xərclərə 486,7 milyon manatı və ya 6 faizi isə dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.

İcmal büdcədə 1,7 milyard manata yaxın profisit yaranıb

İlk 3 ayda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub. Müdafiə və milli təhlükəsizlik xərclərinə isə 2 milyard 27,9 milyon manat yönəldilib. Sosialyönlü xərclərə (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) isə 3 milyard 755 milyon manat məbləğində vəsait sərf edilib. Birinci rübdə xarici dövlət borcunun qaytarılmasına isə ümumilikdə 486,7 milyon manatın ödənilməsi təmin edilib. 2025-ci ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 10 milyard 744,3 milyon manat, xərcləri isə 9 milyard 61,3 milyon manat həcmində icra olunub. İcmal büdcədə 1 milyard 683 milyon manat profisit yaranıb.

İl ərzində keşmiş məcburi köçkünlərə 311 milyon manat ayrılacaq

Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərclərinin məbləği isə 41 milyard 407,6 milyon manat nəzərdə tutulub. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. Qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla, xüsusi üstünlük təşkil edir.

2025-ci ildə dövlət büdcəsinin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Həmin xərclərin məbləği 8 milyard 396,3 milyon manat olmaqla cəmi xərclərin 19 faizini təşkil edir. Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Bu xərc siyasətinə əsasən, azad ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət,  mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin  bərpası və yenidən qurulması, yaşayış evlərinin  tikintisi və s.) məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub. Büdcədə keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Ümumilikdə, cari ilin ilk rübü üzrə yığımlar büdcədəki bütün xərc istiqamətləri üzrə təminatların tam həcmdə və hətta artıqlması ilə yerinə yetiriləcəyinə dəlalət edir.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see467

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see351

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see294

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see251

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see248

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see243

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see238

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see238

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see228

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see206

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see195

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see193

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see188

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri