Gəmilərdə gizlədilən təhlükə: NATO ölkələrinə ÇAĞIRIŞ

24.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Avropaya Rusiyanın Aralıq dənizində ticarət gəmilərindən dron hücumu təşkil edə biləcəyi barədə kəşfiyyat xəbərdarlığı göndərməsi regionda təhlükəsizlik alarmini yüksəldib.

Bakıvaxtı.az İspaniyanın "El Mundo" qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, CİA İspaniya, Fransa və İtaliya hökumətlərini Rusiyanın sivil ticarət gəmilərindəki konteynerlərə gizlədilən "Gerbera" tipli PUA-larla hücum hazırlığında ola biləcəyi barədə məlumatlandırıb.

İddiaya əsasən, saatda 160 km sürətlə uça bilən və 600 km mənzilə malik bu PUA-ların dənizdən fırlatılması hücumun mənbəyini müəyyən etməyi çətinləşdirir. Sözügedən kəşfiyyat hesabatının varlığı rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməsə də, xəbərdarlıq Avropada hərbi xərcləri kəskin sürətləndirib.

SIPRI-nin son hesabatına görə, təhdid fonunda ABŞ-nin Avropaya silah ixracı 217 faiz artıb və Avropa son 20 ildə ilk dəfə Amerikan hərbi məhsullarının ən böyük alıcısına çevrilib. NATO ölkələrinin raketdən müdafiə və PUA əleyhinə sistemlər üzrə yeni müdafiə tədarükləri artıq 50 milyard avronu keçib, alyansın önümüzdəki 5 ildə bu sahəyə daha 40 milyard dollar sərmayə qoyacağı gözlənilir. İtaliya müdafiə dairələri isə bu tür kəşfiyyat sızmalarının Avropada müdafiə büdcələrini artırmaq üçün psixoloji təzyiq aləti ola biləcəyini vurğulayırlar.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью