Gəmilərdə gizlədilən təhlükə: NATO ölkələrinə ÇAĞIRIŞ
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Avropaya Rusiyanın Aralıq dənizində ticarət gəmilərindən dron hücumu təşkil edə biləcəyi barədə kəşfiyyat xəbərdarlığı göndərməsi regionda təhlükəsizlik alarmini yüksəldib.
Bakıvaxtı.az İspaniyanın "El Mundo" qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, CİA İspaniya, Fransa və İtaliya hökumətlərini Rusiyanın sivil ticarət gəmilərindəki konteynerlərə gizlədilən "Gerbera" tipli PUA-larla hücum hazırlığında ola biləcəyi barədə məlumatlandırıb.
İddiaya əsasən, saatda 160 km sürətlə uça bilən və 600 km mənzilə malik bu PUA-ların dənizdən fırlatılması hücumun mənbəyini müəyyən etməyi çətinləşdirir. Sözügedən kəşfiyyat hesabatının varlığı rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməsə də, xəbərdarlıq Avropada hərbi xərcləri kəskin sürətləndirib.
SIPRI-nin son hesabatına görə, təhdid fonunda ABŞ-nin Avropaya silah ixracı 217 faiz artıb və Avropa son 20 ildə ilk dəfə Amerikan hərbi məhsullarının ən böyük alıcısına çevrilib. NATO ölkələrinin raketdən müdafiə və PUA əleyhinə sistemlər üzrə yeni müdafiə tədarükləri artıq 50 milyard avronu keçib, alyansın önümüzdəki 5 ildə bu sahəyə daha 40 milyard dollar sərmayə qoyacağı gözlənilir. İtaliya müdafiə dairələri isə bu tür kəşfiyyat sızmalarının Avropada müdafiə büdcələrini artırmaq üçün psixoloji təzyiq aləti ola biləcəyini vurğulayırlar.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 24 Sentyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















