Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkan Teymur qızı Yuniszadə 29 mart 2009-cu ildə Saatlı rayonunda anadan olub.
Ailəsi ilə birlikdə uzun illərdir Bakı şəhəri, Abşeron rayonunun Görədil kəndində yaşayır.
2016-cı ildə Görədil kəndindəki İlqar Yusifov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub və hazırda həmin məktəbin 10-cu sinif şagirdidir.
Türkan dərslərində məsuliyyətli, aktiv və nümunəvi davranışı ilə məktəbdə də müəllimlərinin rəğbətini qazanıb.
Modern.az-ın məlumatına görə, Türkan hələ 5 yaşından idmanla məşğul olmağa başlayıb. Onun ilk idman növü koksin karate olub.
Bu sahədə iki il ardıcıl çalışaraq ciddi nailiyyətlər əldə edən Türkan boz kəmər dərəcəsini alıb.
O, 2017-ci ildən taekvando ilə məşğul olmağa başlayıb. Hazırda taekvando üzrə qara kəmər sahibidir.