Icma.az
close
up
RU
Gənc idmançı beynəlxalq yarışa hazırlaşır

Gənc idmançı beynəlxalq yarışa hazırlaşır

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkan Teymur qızı Yuniszadə 29 mart 2009-cu ildə Saatlı rayonunda anadan olub. Ailəsi ilə birlikdə uzun illərdir Bakı şəhəri, Abşeron rayonunun Görədil kəndində yaşayır.
2016-cı ildə Görədil kəndindəki İlqar Yusifov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub və hazırda həmin məktəbin 10-cu sinif şagirdidir. Türkan dərslərində məsuliyyətli, aktiv və nümunəvi davranışı ilə məktəbdə də müəllimlərinin rəğbətini qazanıb.

Modern.az-ın məlumatına görə, Türkan hələ 5 yaşından idmanla məşğul olmağa başlayıb. Onun ilk idman növü koksin karate olub. Bu sahədə iki il ardıcıl çalışaraq ciddi nailiyyətlər əldə edən Türkan boz kəmər dərəcəsini alıb. 

O, 2017-ci ildən taekvando ilə məşğul olmağa başlayıb. Hazırda taekvando üzrə qara kəmər sahibidir.
Türkan dördqat Respublika çempionu adını qazanıb. İndiyədək keçirilən bir çox yarışlarda yüksək nəticələr göstərərək 2 dəfə I yeri, 1 dəfə II yeri, 1 dəfə isə III yeri qazanıb.

Türkan Yuniszadə təkcə taekvando ilə kifayətlənməyib, həm də digər döyüş növlərində özünü sınayıb.
O, kikboksla da məşğul olur və artıq Respublika çempionu tituluna layiq görülüb.

Gənc idmançı Estoniya və Türkiyədə keçirilən beynəlxalq yarışlarda iştirak edib, Azərbaycanı layiqincə təmsil edib.

Hazırda Türkan Yunuszadə qarşıdakı növbəti beynəlxalq sınağa hazırlaşır. Noyabrın 18-19-da İsveçdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək gənc idmançımız bu yarışda da ölkəmizi qürurla təmsil etməyə hazırlaşır. Bu işdə ona məşqçisi Elməddin müəllm kömək edir.

Türkan daim öz üzərində işləyir, uduzmaqdan qorxmur, hər məğlubiyyəti növbəti qələbənin pilləsi kimi görür. 

"Hər qələbəmin arxasında çoxlu zəhmət və inam dayanır. Mən Azərbaycan bayrağını beynəlxalq arenalarda qaldırmaq üçün daha çox çalışacağam".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri