Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Həsən Kür tənəffüs aparatına qoşuludur, bədənində həddindən çox sınıq və qırıqlar varSabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsində müalicəsi davam edən gənc şair Həsən Kürün vəziyyəti hələ də ağır-stabil olaraq qalır.
Bu barədə yazıçı-publisist Nadir Yalçın məlumat verib. Nadir Yalçın “Sherg.az”a açıqlamasında qeyd etdi ki, gənc şair Həsən Kürün vəziyyəti
Bəli, vəziyyəti ağırdır, amma əsas odur ki, ən təhlükəli dövr arxada qalıb artıq. Tənəffüs aparatına qoşuludur.
Bədənində həddindən çox sınıq və qırıqlar var. Beyni travma alıb. Həsən xüsusi nəzarət altındadır. O Vətən uğrunda döyüşüb, qazidir.
Xüsusi münasibət olmalıdır, təbii. N.Yalçın bildirdi ki, ailəsi, doğmaları xəstəxanaya gəlir, lakin reanimasiya şöbəsinə heç kim buraxılmır:
Amma bilirsiz ki, reanimasiya şöbəsinə daxil olmağa icazə yoxdur. Həsən yeni evlənib. İlk körpəsi dünyaya gəlməlidir.
Ümid edək ki, körpənin ayağı düşərli olar, sıxıntılar aradan qalxar.