Icma.az
close
up
RU
Gənc şairin ölüm təhlükəsi aradan qalxıb ÖZƏL

Gənc şairin ölüm təhlükəsi aradan qalxıb ÖZƏL

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həsən Kür tənəffüs aparatına qoşuludur, bədənində həddindən çox sınıq və qırıqlar var


Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsində müalicəsi davam edən gənc şair Həsən Kürün vəziyyəti hələ də ağır-stabil olaraq qalır. Bu barədə yazıçı-publisist Nadir Yalçın məlumat verib. Nadir Yalçın “Sherg.az”a açıqlamasında qeyd etdi ki, gənc şair Həsən Kürün vəziyyəti ağır olaraq qalsa da, ölüm təhlükəsi aradan qaldırılıb: 


- Həkimlərin səyi nəticəsində ölüm riski dəf edilib. Bəli, vəziyyəti ağırdır, amma əsas odur ki, ən təhlükəli dövr arxada qalıb artıq. Tənəffüs aparatına qoşuludur. Bədənində həddindən çox sınıq və qırıqlar var. Beyni travma alıb. Həsən xüsusi nəzarət altındadır.  O Vətən uğrunda döyüşüb, qazidir. Xüsusi münasibət olmalıdır, təbii. 

N.Yalçın bildirdi ki, ailəsi, doğmaları xəstəxanaya gəlir, lakin reanimasiya şöbəsinə heç kim buraxılmır: 

- Valideynləri gəlir xəstəxanaya, doğmaları onu tək buraxmır. Amma bilirsiz ki, reanimasiya şöbəsinə daxil olmağa icazə yoxdur. Həsən yeni evlənib. İlk körpəsi dünyaya gəlməlidir. Ümid edək ki, körpənin ayağı düşərli olar, sıxıntılar aradan qalxar. 

N.Yalçın Həsən Kürün maddi sıxıntı içində olduğunu təsdiqlədi: 

- Maddi sıxıntıları vardı, bəli. Bu barədə yaxın dostlarına danışırdı. Həm də müharibə iştirakçısıdır, psixoloji sarsıntıları da ola bilər. Amma, sosial şəbəkələrdə bəzi xəbərlər yayıldı, doğru deyil. Bilən də, bilməyən də yazır, sensasion məlumat paylaşmağa çalışırlar. Hər bir insan həyatda  çətinliklə qarşılaşa bilər. İnşəllah, sağalsın, ailəsinin yanında olsun.             

Xatırladaq ki, 1996-cı il təvəllüdlü Həsən Kür fevralın 22-si axşam saat 19:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibb yardım göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir. 

Qeyd edək ki, 29 yaşlı şair fevralın 22-də Sabunçu rayonundakı “Sevinc Mall” ticarət mərkəzinin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. 44 günlük Vətən müharibəsi iştirakçısı olan şairin maddi sıxıntıdan intihara əl atdığı deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri