Gənc yaşda ailə qurmağın ağır fəsadları məlum oldu | Icma.az
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Erkən nikah - yəni 18 yaşına çatmamış şəxslərin evliliyi - təkcə sosial deyil, həm də ciddi tibbi, psixoloji və hüquqi problemdir.
BAKU.WS-in məlumatına görə, bu hal həm dünyada, həm də Azərbaycanda müəyyən bölgələrdə hələ də müşahidə olunur.
Bəzən "ənənə", "ailə razılığı" və ya "qızın taleyi" kimi səbəblərlə izah edilən bu addım əslində gənc bir insanın gələcək həyatına mənfi təsir göstərən zəncirvari fəsadlar yaradır.
Sağlamlıq baxımından təhlükəli nəticələr Erkən nikahın ən ciddi fəsadları qadın sağlamlığı ilə bağlıdır.
Tibbi tədqiqatlara görə, 18 yaşdan aşağı qızların orqanizmi hələ tam formalaşmadığı üçün hamiləlik və doğuş zamanı ağır fəsadlar yaranma riski çox yüksəkdir.
Erkən hamiləlik zamanı ana və uşaq ölümü halları böyüklərlə müqayisədə 3-4 dəfə çox olur.
Bel, çanaq və onurğa problemləri, qanazlığı, sonsuzluq və hormonal pozğunluqlar kimi hallar geniş yayılmışdır.
Tam oxu
Xəbəri oxu