Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1972-ci ildə Şamil Mahmudbəyovun lentə aldığı “Həyat bizi sınayır” filmi gənclərin ən sevimli filmlərindən idi.
Şahmar Ələkbərov, Amaliya Pənahova, Eldəniz Zeynalov, Xuraman Qasımova kimi məhşurların rol oynadığı film yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Filmin ssenari müəllifi Vidadi Babanlı və Mixail Papova, operatoru isə Arif Nərimanbəyovdur.
Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev yazıb.
O bildirib ki, filmdə baş rolu - Rəşidi oynayan gənc Fikrət Quliyev o dövrdə yeganə tələbə və eyni zamanda aktyor idi ki, bir neçə xarici dildə sərbəst danışırdı.
Fikrət İncəsənət Universitetində təhsil alırdı. İçərişəhərli tanınmış Quliyevlər nəslindən idi: savadlı, intellektual, mədəni tələbəydi.
Fikrət Quliyevin Rəşid obrazı üçün kəşf edilməsindən əvvəl bu rolda onlarla gənc aktyor yoxlanılmışdı.