Icma.az
close
up
RU
Gənc yaşda məşhurlaşdı, faciələrlə üzləşdi, 35 yaşda öldü

Gənc yaşda məşhurlaşdı, faciələrlə üzləşdi, 35 yaşda öldü

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1972-ci ildə Şamil Mahmudbəyovun lentə aldığı “Həyat bizi sınayır” filmi gənclərin ən sevimli filmlərindən idi. Şahmar Ələkbərov, Amaliya Pənahova, Eldəniz Zeynalov, Xuraman Qasımova kimi məhşurların rol oynadığı film yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Filmin ssenari müəllifi Vidadi Babanlı və Mixail Papova, operatoru isə Arif Nərimanbəyovdur.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev yazıb.

O bildirib ki, filmdə baş rolu - Rəşidi oynayan gənc Fikrət Quliyev o dövrdə yeganə tələbə və eyni zamanda aktyor idi ki, bir neçə xarici dildə sərbəst danışırdı. Fikrət İncəsənət Universitetində təhsil alırdı. İçərişəhərli tanınmış Quliyevlər nəslindən idi: savadlı, intellektual, mədəni tələbəydi.

Fikrət Quliyevin Rəşid obrazı üçün kəşf edilməsindən əvvəl bu rolda onlarla gənc aktyor yoxlanılmışdı. Onun real həyatda utancaq bir insan olması da rejissorun xoşuna gəlir və Fikrətin ifasında bir neçə epizodu çəkərək Bədii Şuranın baxışına təqdim edir. Bədii Şuranın üzvləri Fikrətin ifasını qəbul edərək onu Rəşid obrazına təsdiqləyirlər.

Gənc aktyor Fikrət Quliyev sonralar aktyorluq sənətini davam etdirə bilmir. Ona məhşurluq gətirən “Həyat bizi sınayır” filmindən təxminən 2-3 il sonra maşın qəzasına düşür. Əlində, ayağında, qabırğasında qüsurlar qaldığına görə filmlərə çəkilə bilmir - yalnız 2-3 epizodik roldan başqa. Onlardan biri də 1984-cü ildə çəkilən “Gümüşgöl əfsanəsi” filmi idi. O filmdə Səfər obrazını oynayıb.

Sonra isə kinostudiyada rejissor assistenti işləməyə başlayır. Ailəsinin bütün üzvlərini itirir, əvvəlcə valideyinləri, sonra isə bacısı vəfat edir. Həyatının qara günlərindən xilas olmaq üçün Azərbaycandan köçür, 35 yaşında isə rəhmətə gedir.

Çox təəssüf ki, isdedatlı bir aktyor, zadəgan ailəsinin övladı, o dövrün poliqlot gənclərindən biri olan Fikrət Quliyev unudulur…”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Noyabr 2024 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri