Gəncə İnnovasiya Mərkəzinin açılacağı vaxt məlum olub | Icma.az
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır. Gələn ilin I yarısında Gəncə İnnovasiya Mərkəzinin açılışı nəzərdə tutulur.
Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) rəhbəri Elvin Hacıyev bildirib.
“Bizim fəaliyyətimiz sadəcə mərkəzlərin qurulması ilə məhdudlaşmır.
Universitet müəssisələrində müxtəlif tipli infrastrukturların qurulmasına dəstək göstərməyi planlaşdırırıq.
Məsələn, Naxçıvan Dövlət Universitetində prorotipləşdirmə laboratoriyasının yaradılması nəzərdə tutulub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxşar layihənin həyata keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, Qarabağ Universiteti ilə danışıqlarımız artıq başlayıb.
Növbəti ildə bu istiqamətlər üzrə orada da tələbələrimiz üçün laboratoriya və mərkəzin yaradılmasını planlaşdırırıq”, - o vurğulayıb.
Tam oxu
Xəbəri oxu