Gəncə İnnovasiya Mərkəzinin açılacağı vaxt məlum olub
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Gələn ilin I yarısında Gəncə İnnovasiya Mərkəzinin açılışı nəzərdə tutulur.
Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) rəhbəri Elvin Hacıyev bildirib.
“Bizim fəaliyyətimiz sadəcə mərkəzlərin qurulması ilə məhdudlaşmır. Universitet müəssisələrində müxtəlif tipli infrastrukturların qurulmasına dəstək göstərməyi planlaşdırırıq. Məsələn, Naxçıvan Dövlət Universitetində prorotipləşdirmə laboratoriyasının yaradılması nəzərdə tutulub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxşar layihənin həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, Qarabağ Universiteti ilə danışıqlarımız artıq başlayıb. Növbəti ildə bu istiqamətlər üzrə orada da tələbələrimiz üçün laboratoriya və mərkəzin yaradılmasını planlaşdırırıq”, - o vurğulayıb.
E.Hacıyevin sözlərinə görə, AİM-in hədəfi bu istiqamətdə fəaliyyəti ölkə üzrə şaxələndirmək və şəbəkəyə çevirməkdir: “Buradakı başlıca istiqamət təlim sahəsi, startaplarla iş, innovasiya istiqaməti daxil olmaqla bir çox fəaliyyətləri özündə ehtiva edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















