Gəncə stadionundakı yenidənqurma işlərindən ən son Video

27.03.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Gəncə şəhər stadionunda yenidənqurma işləri davam edir.

QOL.az xəbər verir ki, stadion sentyabrın 28-də başlanacaq 3-cü MDB Oyunlarının açılışına qədər hazır olmalıdır.

Qeyd edək, Gəncə şəhər stadionu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən yenidən qurulur.

Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью