Gəncədə qəza törədən sürücüdən etiraf: “120 lə girdim” VİDEO

12.11.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 11-də axşam saatlarında Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan 20-EP-979 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb. Şahidlərin sözlərinə görə, qəzaya səbəb sürücünün sürət həddini aşması olub. Nəticədə o, idarəetməni itirərək avtomobili yol kənarındakı dirəyə çırpıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil tamamilə yararsız hala düşüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzalı nəqliyyat vasitəsi evakuatorla ərazidən çıxarılıb.

Sürücü qəzanın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb və avtomobili 120 km/saat sürətlə idarə etdiyini etiraf edib.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью