Gəncədə qəza törədən sürücüdən etiraf: “120 lə girdim” VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 11-də axşam saatlarında Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan 20-EP-979 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb. Şahidlərin sözlərinə görə, qəzaya səbəb sürücünün sürət həddini aşması olub. Nəticədə o, idarəetməni itirərək avtomobili yol kənarındakı dirəyə çırpıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil tamamilə yararsız hala düşüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzalı nəqliyyat vasitəsi evakuatorla ərazidən çıxarılıb.
Sürücü qəzanın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb və avtomobili 120 km/saat sürətlə idarə etdiyini etiraf edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 12 Noyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















