Gəncədə söyüş üstündə mübahisə cinayətlə nəticələndi | Icma.az
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gəncə şəhərində 1979-cu il təvəllüdlü Vüsal Əsgərov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Araza xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 26 avqust 2024-cü ildə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən “Dubay bazarı” adlanan bazarda baş verib.
Vüsal orada Arazın onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib və bıçaqla onun döş qəfəsinə zərbə vurub.
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, Arazı təxminən 1 ildir tanıyır, o da bazarda göy-göyərti satır, aralarında münasibətləri yaxşı olub, heç bir ədavət və düşmənçiliyi yoxdur: “Hadisə günü saat təxminən 14:00-da işlədiyim yerdə yemək yeyirdim.
Yemək yeyən zaman spirtli içki, yəni təxminən yarım litr meyvə arağı da qəbul elədim.
Tam oxu
Xəbəri oxu