Icma.az
close
up
RU
Gəncədə söyüş üstündə mübahisə cinayətlə nəticələndi

Gəncədə söyüş üstündə mübahisə cinayətlə nəticələndi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə şəhərində 1979-cu il təvəllüdlü Vüsal Əsgərov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Araza xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 26 avqust 2024-cü ildə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən “Dubay bazarı” adlanan bazarda baş verib. 
Vüsal orada Arazın onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib və bıçaqla onun döş qəfəsinə zərbə vurub. 
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddələri ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Arazı təxminən 1 ildir tanıyır, o da bazarda göy-göyərti satır, aralarında münasibətləri yaxşı olub, heç bir ədavət və düşmənçiliyi yoxdur: “Hadisə günü saat təxminən 14:00-da işlədiyim yerdə yemək yeyirdim. Yemək yeyən zaman spirtli içki, yəni təxminən yarım litr meyvə arağı da qəbul elədim. Həmin vaxt tək yemək yesəm də, şərikim Seymur yanımda idi. Seymur meyvə satan zaman yeyib içmişəm. Daha sonra yemək yedikdən sonra qonşuluqda meyvə satan Rauf adlı şəxslə meyvələrin qiyməti barədə söhbət edən zaman orada olan Araz yanımıza gəldi. Daha sonra ani bir anda Raufla aramızda mübahisə yarandı. Mənə əl ataraq,  təhqir etdi. Arazın qardaşı Arzu və Rauf bizi aralaşdırdılar və biz bir-birimizdən uzaqlaşdıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra öz işlədiyi yerə gedib: “Araz isə öz dəzgahının arxasına getdi. Aradan təxminən 15 dəqiqə keçdikdən sonra əsəbləşdiyim üçün, həm də Arazın məni təhqir etməyini qəbul edə bilmədiyim üçün özümü saxlaya bilmədim və işlədiyim yerdə olan meyvə bıçağını götürərək onun yanına doğru getdim. Arazın yanına çatan zaman ani məqamda onun sol döş qəfəs nahiyyəsindən bir dəfə bıçaqla zərbə vurdum. Araz bir qədər arxa-arxaya getdi və əli ilə sinə nahiyəsini tutaraq oradan uzaqlaşdı”. 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsgərov 8 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri