Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Gənclərin işsiz qalmasının əsas səbəbi işəgötürənlərin konservativ yanaşmasıdır.
Bunu Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
O qeyd edib ki, gənclər arasında işsizlik həm dünyada, həm də Azərbaycanda ümumi işsizlik səviyyəsi ilə müqayisədə daha yüksəkdir: "Bunun bir neçə əsas səbəbi var.
Əsas səbəb də odur ki, işəgötürənlər daha çox təcrübəli və öz sahəsində təkmilləşmiş kadrları axtarırlar, lakin yeni kadrların yetişdirilməsi prosesinə maraq göstərmirlər.
İşəgötürənlər düşünür ki, onlar gənc kadrların peşə bacarıqlarını inkişaf etdirmək üçün xərc çəkirlər, lakin həmin işçilər müəyyən bir səviyyəyə yüksələndən sonra fərqli işlər axtarmağa və ya yeni tələblər irəli sürməyə başlayırlar.
Buna görə də işəgötürənlər gəncləri işə qəbul etməkdə maraqlı olmurlar”. Rəsmi statistika real vəziyyəti əks etdirirmi?
R.Həsənov hesab edir ki, Azərbaycanda rəsmi statistika həmişə real vəziyyəti tam əks etdirmir: “Statistik göstəricilər işsiz kimi yalnız məşğulluq idarələrində qeydiyyata düşən şəxsləri nəzərə alır.