Icma.az
close
up
RU
Gənclər arasında işsizlik problemi: Əmək bazarının tələbləri və reallıq...

Gənclər arasında işsizlik problemi: Əmək bazarının tələbləri və reallıq...

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Gənclərin işsiz qalmasının əsas səbəbi işəgötürənlərin konservativ yanaşmasıdır.

Bunu Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. 

O qeyd edib ki, gənclər arasında işsizlik həm dünyada, həm də Azərbaycanda ümumi işsizlik səviyyəsi ilə müqayisədə daha yüksəkdir: "Bunun bir neçə əsas səbəbi var. Əsas səbəb də odur ki, işəgötürənlər daha çox təcrübəli və öz sahəsində təkmilləşmiş kadrları axtarırlar, lakin yeni kadrların yetişdirilməsi prosesinə maraq göstərmirlər. İşəgötürənlər düşünür ki, onlar gənc kadrların peşə bacarıqlarını inkişaf etdirmək üçün xərc çəkirlər, lakin həmin işçilər müəyyən bir səviyyəyə yüksələndən sonra fərqli işlər axtarmağa və ya yeni tələblər irəli sürməyə başlayırlar. Buna görə də işəgötürənlər gəncləri işə qəbul etməkdə maraqlı olmurlar”.

Rəsmi statistika real vəziyyəti əks etdirirmi?

R.Həsənov hesab edir ki, Azərbaycanda rəsmi statistika həmişə real vəziyyəti tam əks etdirmir: “Statistik göstəricilər işsiz kimi yalnız məşğulluq idarələrində qeydiyyata düşən şəxsləri nəzərə alır. Halbuki işsizlərin böyük hissəsi öz hesabına iş axtarmağa çalışır və dövlət qurumlarında qeydiyyata düşmür. Xüsusilə ali təhsil aldıqdan sonrakı ilk üç il gənclər üçün ən çətin dövrdür. Son illərdə dövlət sektoru bu boşluğu müəyyən qədər kompensasiya edir. Dövlət sektorunda gənclərin işə götürülməsi ilə bağlı müəyyən tendensiya müşahidə olunur. Müasir dövrdə bir çox işəgötürənlər yalnız spesifik bacarıqlara malik şəxsləri işə götürmək istəyir. Gənclərin isə bu tələblərə uyğunlaşmaq üçün kifayət qədər praktiki bilikləri olmur".

İşsizliyin daha çox yayıldığı və perspektivli sahələr hansılardır?

İqtisadçı bildirib ki, gənclərin ən çox iş tapa bilmədiyi sahələr təhsil, səhiyyə və sosial xidmətlərdir: “Bu sahələrdə daha çox təcrübəli kadrlar tələb olunur. Gənclərin işə qəbul olunması çətinləşir. Bunun əksinə, informasiya texnologiyaları (İT) sahəsində gənclər daha fəal iştirak edirlər. İT sahəsi müasir biliklərə əsaslandığı üçün burada gənclər daha çox üstünlük qazanırlar. Bundan əlavə, xidmət və pərakəndə ticarət sektorunda da gənclər aktiv iştirak edirlər

Özünüməşğulluq proqramlarının effektivliyi ilə bağlı danışan iqtisadçı bildirir ki, bu sahədə ciddi monitorinq aparılmayıb. “Bəzi hallarda özünüməşğulluq proqramına cəlb olunan şəxslər onlara verilən aktivləri dəyər-dəyməzinə satır və ya səmərəsiz istifadə edirlər. Nəticədə, bizneslərinin ömrü qısa olur və onlar yenidən işsiz qalırlar. Bu sahədə problemlərin həlli üçün məşğulluq proqramlarının səmərəliliyi mütəmadi təhlil olunmalı və real nəticələrin monitorinqi aparılmalıdır. Gənclər arasında işsizlik problemi müxtəlif amillərlə bağlıdır və bu problemin həlli üçün həm dövlətin, həm də işəgötürənlərin yanaşmasında dəyişiklik olmalıdır. Gənclərin iş tapmasını asanlaşdırmaq üçün dövlət məşğulluq proqramlarının monitorinqini gücləndirməli, işəgötürənlər isə yeni kadrların hazırlanmasına daha açıq olmalıdırlar. Əmək bazarının real vəziyyətinin öyrənilməsi və nəticələrə uyğun siyasətin formalaşdırılması vacibdir”.

Nigar Əkbərova,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sitat.info
archiveBu xəbər 25 Mart 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri