“Gənclər həftəsi” davam edir | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 2 Fevral Gənclər Günü ilə bağlı təşkil etdiyi gənclik həftəsi rəngarəng tədbirlərlə davam edir.
Həftə çərçivəsində film nümayişi, intellekt və idman yarışları təşkil olunur.
"Hər şey səninlə başlar" mövzusundakı təqdimat gənclərdə özgüvən formalaşdırılması, motivasiya və nizam-intizamlı həyat tərzinə sövq məqsədinə xidmət edib.
Dünən keçirilən mükafatlandırma mərasimində isə nazirlik müxtəlif sahələrdə fərqlənən gəncləri təltif edib.
Gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş Gənclər Gününün önəmindən bəhs edib, dahi rəhbərin Azərbaycan gəncliyinə verdiyi mühüm töhfələrdən danışıb.
Prezident İlham Əliyevin liderliyində uğurla davam etdirilən dövlət gənclər siyasətinin nəticəsi kimi qazanılmış uğurlardan, gənc nəsil nümayəndələrinə göstərilən qayğıdan, gələcək perspektivlər barədə danışan Məcid Seyidov əlavə edib ki, Naxçıvan gəncləri də bu siyasətdən faydalanır və dövlət dəstəyi ilə yeni-yeni uğurlar əldə edirlər.
Nazir müavini ötən il gənclərlə iş sahəsində görülən işlər və qazanılan uğurlardan da bəhs edib.
Tam oxu
Xəbəri oxu