Icma.az
close
up
RU
“Gənclər həftəsi” davam edir

“Gənclər həftəsi” davam edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 2 Fevral Gənclər Günü ilə bağlı təşkil etdiyi gənclik həftəsi rəngarəng tədbirlərlə davam edir.

Həftə çərçivəsində film nümayişi, intellekt və idman yarışları təşkil olunur. "Hər şey səninlə başlar" mövzusundakı təqdimat gənclərdə özgüvən formalaşdırılması, motivasiya və nizam-intizamlı həyat tərzinə sövq məqsədinə xidmət edib. Dünən keçirilən mükafatlandırma mərasimində isə nazirlik müxtəlif sahələrdə fərqlənən gəncləri təltif edib.

Gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş Gənclər Gününün önəmindən bəhs edib, dahi rəhbərin Azərbaycan gəncliyinə verdiyi mühüm töhfələrdən danışıb. Prezident İlham Əliyevin liderliyində uğurla davam etdirilən dövlət gənclər siyasətinin nəticəsi kimi qazanılmış uğurlardan, gənc nəsil nümayəndələrinə göstərilən qayğıdan, gələcək perspektivlər barədə danışan Məcid Seyidov əlavə edib ki, Naxçıvan gəncləri də bu siyasətdən faydalanır və dövlət dəstəyi ilə yeni-yeni uğurlar əldə edirlər.

Nazir müavini ötən il gənclərlə iş sahəsində görülən işlər və qazanılan uğurlardan da bəhs edib. Qeyd olunub ki, nazirlik tərəfindən muxtariyyətin 100-cü ildönümü, COP29, “Yaşıl dünya naminə həmrəylik ili”, gənclərin şəxsi və intellektual inkişafı, yaradıcılıq potensialının yüksəldilməsi, vətənpərvərlik tərbiyəsi və digər aidiyyəti istiqamətlərlə bağlı 196 tədbir təşkil olunub. Bir çox Naxçıvan gənci ölkə üzrə qrant müsabiqələrinin qalibi olmaqla muxtar respublikada uğurlu layihələr icra etdilər, nazirliyin dəstəyi ilə könüllülər ölkəmizdə təşkil olunan düşərgələrdə, eləcə də xaricdə keçirilən mübadilə proqramlarında iştirak etməklə yeni təcrübələr qazanmış oldular. Naxçıvan idmançıları dünya, Avropa, ölkə və beynəlxalq səviyyəli yarışlarda 72-si qızıl, 71-i gümüş, 58-i bürünc medal olmaqla, ümumilikdə, 201 medal qazandılar.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşı Anar Babayev, Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov dövlət başçısının öz üstün xüsusiyyətləri ilə ölkə gəncliyinə ötürdüyü mənəvi gücdən, onlara göstərdiyi inamdan, dəstəkdən bəhs ediblər. Gənclik sahəsinin inkişafı istiqamətində atılan mühüm addımlardan, geniş islahatlardan, dövlət proqramlarının uğurlu icrasından danışılıb. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşan gənclərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasına gətirən tarixi zəfərlərimizdə böyük rolu olduğu vurğulanıb, Vətənimizin gələcək uğur yolunda gənclərin mütərəqqi və innovativ ideyalarının vacib əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Çıxış edənlər gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Fəal gənc Ceyran Talıbova gənclik mühiti, eyni zamanda bu sahəyə göstərilən dəstək barədə fikirlərini bölüşüb, gənclərə göstərilən dövlət qayğısına görə minnətdarlığını ifadə edib.

Mərasimdə muxtar respublika gənclərinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Muxtar respublikada uğurlu fəaliyyəti ilə fərqlənən bir qrup gənc müxtəlif nominasiyalar üzrə təltif olunub. Tədbir Naxçıvan Dövlət Filarmoniyasının Estrada orkestrinin təqdimatında konsert proqramı ilə yekunlaşıb.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 03:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri