Icma.az bildirir, Sia Az portalına istinadən. "Gənclərin sahibkarlığa marağı müasir iqtisadi inkişafın ən vacib mövzularından biridir.
Bu marağın arxasında duran motivasiyanı araşdırarkən iki əsas amil ön plana çıxır: ehtiyac və ideya.
Lakin bu iki faktor bir-birini tamamlayır və gənclərin sahibkarlığa yanaşmasını müəyyənləşdirir".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, ehtiyac, əsaslı sahibkarlıq daha çox sosial-iqtisadi problemlərin mövcud olduğu mühitdə formalaşır.
İşsizlik səviyyəsinin yüksək olduğu, sabit və yaxşı ödənişli iş imkanlarının məhdud qaldığı şəraitdə gənclər üçün sahibkarlıq alternativ gəlir mənbəyi kimi çıxış edir: "Bu halda biznes qurmaq ideyadan çox, məcburiyyətdən qaynaqlanır və məqsəd əsasən maliyyə sabitliyi təmin etmək olur.
Xüsusilə regionlarda və kənd yerlərində bu tendensiya daha çox müşahidə edilir.
Digər tərəfdən, ideya əsaslı sahibkarlıq isə innovasiya, yaradıcılıq və bazardakı boşluqları görmək bacarığı ilə əlaqədardır.