Icma.az
close
up
RU
“Gənclərin sahibkarlığa marağı ehtiyac, ideya ilə müəyyən olunur EKSPERT ŞƏRH ETDİ

“Gənclərin sahibkarlığa marağı ehtiyac, ideya ilə müəyyən olunur EKSPERT ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Gənclərin sahibkarlığa marağı müasir iqtisadi inkişafın ən vacib mövzularından biridir. Bu marağın arxasında duran motivasiyanı araşdırarkən iki əsas amil ön plana çıxır: ehtiyac və ideya. Lakin bu iki faktor bir-birini tamamlayır və gənclərin sahibkarlığa yanaşmasını müəyyənləşdirir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, ehtiyac, əsaslı sahibkarlıq daha çox sosial-iqtisadi problemlərin mövcud olduğu mühitdə formalaşır. İşsizlik səviyyəsinin yüksək olduğu, sabit və yaxşı ödənişli iş imkanlarının məhdud qaldığı şəraitdə gənclər üçün sahibkarlıq alternativ gəlir mənbəyi kimi çıxış edir: "Bu halda biznes qurmaq ideyadan çox, məcburiyyətdən qaynaqlanır və məqsəd əsasən maliyyə sabitliyi təmin etmək olur. Xüsusilə regionlarda və kənd yerlərində bu tendensiya daha çox müşahidə edilir. Digər tərəfdən, ideya əsaslı sahibkarlıq isə innovasiya, yaradıcılıq və bazardakı boşluqları görmək bacarığı ilə əlaqədardır. Bu növ sahibkarlıqda əsas məqsəd yeni məhsul və ya xidmət təqdim edərək bazarda fərqlilik yaratmaqdır. Gənclər, xüsusilə texnologiya və rəqəmsal sahəyə maraq göstərənlər, daha çox ideya yönümlü biznes qurmağa üstünlük verirlər. Bu isə startap ekosisteminin formalaşmasına, rəqabət mühitinin güclənməsinə və ölkənin innovativ potensialının artmasına səbəb olur.

Gənclərin sahibkarlığa marağını ölçmək üçün bir sıra göstəricilər mövcuddur. Bunlara startap layihələrinin və biznes planlarının sayı, gənclərin inkubasiya və akselerasiya proqramlarına qoşulma faizi, innovativ layihələrin kommersiyalaşdırılma dərəcəsi və maliyyə savadlılığı daxildir.

Nəticə etibarilə, gənclərin sahibkarlığa marağı həm ehtiyac, həm də ideya ilə müəyyən olunur. Lakin müasir iqtisadiyyatın dayanıqlığı və rəqabət qabiliyyətinin artırılması baxımından ideya əsaslı sahibkarlığın dəstəklənməsi daha önəmlidir. Bunun üçün dövlət və özəl sektorun birgə proqramları-biznes inkubatorları, güzəştli kreditlər, vergi imtiyazları və təlim layihələri-mühüm rol oynayır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyul 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri