Gəncliyin söz sevgisi | Icma.az
Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalı ilə “Xalq qəzeti” nin xüsusi layihəsi olan
AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri iştirak ediblər.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs görüşü açaraq türk məfkurəsini öz həyat amalına çevirən Azər Turanın həyat və yaradıcılığının əsas məqamlarına nəzər salıb.
Dərginin şöbə redaktoru Taleh Mansur dəyərli kitablar müəllifi olan Azər Turanla görüşün tələbələr üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Sonra qonaq zəngin milli düşüncə tariximizə nəzər salaraq, ədəbiyyatımızda geniş yer tutan türk təfəkkürü, özünüdərk, Vətən və millət mövzuları ətrafında fikirlərini bölüşüb.
Nizami Gəncəvi, Əhməd Cavad, Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə kimi dühaların yaradıcılığının öyrənilməsinin önəmini qeyd edib.
Sözügedən mövzularda tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara Azər Turanın imzalı kitabları hədiyyə edilib.
Xatırladaq ki, bundan əvvəlki “Ulduz”lu görüşlər” Azərbaycan Dövlət Pedoqoji Universitetinin professor-müəllim və tələbə heyəti, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecinin kollektivi, Azərbaycan Universitetinin tələbələri ilə keçirilib.
Tam oxu
Xəbəri oxu