Icma.az
close
up
RU
Gəncliyin söz sevgisi

Gəncliyin söz sevgisi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalı ilə “Xalq qəzeti” nin xüsusi layihəsi olan “Ulduz”lu görüşlər” in növbəti qonağı “Ədəbiyyat qəzeti”nin baş redaktoru – tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Azər Turan olub.

AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri iştirak ediblər. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs görüşü açaraq türk məfkurəsini öz həyat amalına çevirən Azər Turanın həyat və yaradıcılığının əsas məqamlarına nəzər salıb. Dərginin şöbə redaktoru Taleh Mansur dəyərli kitablar müəllifi olan Azər Turanla görüşün tələbələr üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra qonaq zəngin milli düşüncə tariximizə nəzər salaraq, ədəbiyyatımızda geniş yer tutan türk təfəkkürü, özünüdərk, Vətən və millət mövzuları ətrafında fikirlərini bölüşüb. Nizami Gəncəvi, Əhməd Cavad, Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə kimi dühaların yaradıcılığının öyrənilməsinin önəmini qeyd edib. Sözügedən mövzularda tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara Azər Turanın imzalı kitabları hədiyyə edilib.

Xatırladaq ki, bundan əvvəlki “Ulduz”lu görüşlər” Azərbaycan Dövlət Pedoqoji Universitetinin professor-müəllim və tələbə heyəti, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecinin kollektivi, Azərbaycan Universitetinin tələbələri ilə keçirilib. Görüşlərdə ADPU-nun prorektoru, professor Mahirə Nağıqızı, “Xalq qəzeti” nin baş redaktoru Əflatun Amaşov, Xalq artisti Eldost Bayram, şairlər Səlim Babullaoğlu, Dayandur Sevgin, Taleh Mansur və Xəyal Rza, yazıçılar Təranə Vahid, Varis, Əyyub Qiyas və başqaları ilə maraqlı, yaddaqalan söhbətlər olub.

Layihənin növbəti qonağı şair Baba Vəziroğlu olacaq.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see338

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see337

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see326

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see289

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see256

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see225

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see221

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see213

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see207

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see204

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see188

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see183

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see172

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see166

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see162

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see157

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see150

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri