Generalın qızı ev dustaqlığına buraxıldı YENİLƏNİB

12.11.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt məhkəməsində Türkər Əliyeva barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, məhkəmənin qərarı ilə Türkər Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

***

saat 14:50

Türkər Əliyevanın ittiham olunduğu maddələr məlum olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 32.4-cü (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçilik) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

***

14:35

Sənəd saxtalaşdırmaq ittiham olunun general Natiq Əliyevin qızı Türkər Əliyeva məhkəməyə gətirilib. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, prokurorluq onun barəsində qətimkan tədbirinin seçilməsi üçün təqdimat verib.

Hazırda Türkər Əliyeva Suqmayıt şəhər Məhkəməsinə gətirilib.

Az sonra məhkəmə istintaq orqanı tərəfindən verilən təqdimata baxacaq.

Qeyd edək ki, T. Əliyeva sənəd saxtalaşdırmaqda ittiham olunur. İş üzrə ANAMA sədrinin müavini, general-mayor Ceyhun Rzayevin şikayətçi olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью