Generalın qızı ev dustaqlığına buraxıldı YENİLƏNİB
Lent az saytına istinadən Icma.az xəbər verir.
Sumqayıt məhkəməsində Türkər Əliyeva barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, məhkəmənin qərarı ilə Türkər Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
***
saat 14:50
Türkər Əliyevanın ittiham olunduğu maddələr məlum olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 32.4-cü (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçilik) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
***
14:35
Sənəd saxtalaşdırmaq ittiham olunun general Natiq Əliyevin qızı Türkər Əliyeva məhkəməyə gətirilib.
Lent.az-ın əldə etdiyi xəbərə görə, prokurorluq onun barəsində qətimkan tədbirinin seçilməsi üçün təqdimat verib.
Hazırda Türkər Əliyeva Suqmayıt şəhər Məhkəməsinə gətirilib.
Az sonra məhkəmə istintaq orqanı tərəfindən verilən təqdimata baxacaq.
Qeyd edək ki, T. Əliyeva sənəd saxtalaşdırmaqda ittiham olunur. İş üzrə ANAMA sədrinin müavini, general-mayor Ceyhun Rzayevin şikayətçi olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 12 Noyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















