Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Xatırlayıram, gecə saatları idi, Bakının küçələrindən coşqulu insan səsləri gəlirdi. Telefonum ard-arda zəng çaldı.
Dedim, xeyir xəbər olsun. Gələn zənglər deyirdi, gözünüz aydın, qələbə çaldıq! Sevinc, göz yaşı və kədər içində idim.
Uşaqları oyatdım, təbrik etdim. Otaqda Polad Həşimovun böyük şəkli var idi.
Onun önünə keçdim, baxdım, baxdım…” Gununsesi.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova deyib.
Ofelya xanım vurğulayıb ki, Qarabağda qazanılan Zəfər şəhidlərin əmanətidir və bu əmanəti yaşatmaq hər bir azərbaycanlının borcudur: “Zəfər bir xalq üçün böyük xoşbəxtlikdir.
Bizim əldə etdiyimiz Qələbə yalnız Qarabağın işğaldan azad olunması ilə məhdudlaşmır, biz birliyimizi, gücümüzü ortaya qoyduq.
Biz bütün dünyaya möhkəm iradəmizi, tariximizin həqiqətlərini, milli kimliyimizi nümayiş etdirdik.