Icma.az
close
up
RU

Generalın xanımı: “Polad Həşimov qələbəni görmədi, amma əmin idi”

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Xatırlayıram, gecə saatları idi, Bakının küçələrindən coşqulu insan səsləri gəlirdi. Telefonum ard-arda zəng çaldı. Dedim, xeyir xəbər olsun. Gələn zənglər deyirdi, gözünüz aydın, qələbə çaldıq! Sevinc, göz yaşı və kədər içində idim. Uşaqları oyatdım, təbrik etdim. Otaqda Polad Həşimovun böyük şəkli var idi. Onun önünə keçdim, baxdım, baxdım…”

Gununsesi.info  xəbər verir ki, bunu Modern.az-a açıqlamasında şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova deyib.

Ofelya xanım vurğulayıb ki, Qarabağda qazanılan Zəfər şəhidlərin əmanətidir və bu əmanəti yaşatmaq hər bir azərbaycanlının borcudur:

“Zəfər bir xalq üçün böyük xoşbəxtlikdir. Bizim əldə etdiyimiz Qələbə yalnız Qarabağın işğaldan azad olunması ilə məhdudlaşmır, biz birliyimizi, gücümüzü ortaya qoyduq. Biz bütün dünyaya möhkəm iradəmizi, tariximizin həqiqətlərini, milli kimliyimizi nümayiş etdirdik. Zəfəri birlik, Allahın Azərbaycan xalqına göstərdiyi köməklik, şəhidlərimizin canı, qazilərimizin qanı, Ali Baş Komandanın rəhbərliyi, hərbçilərimizin, əsgərlərimizin cəsarəti və xalqın fədakarlığı ilə əldə etdik. Zəfər bizə şəhidlərimizin əmanətidir, onu qorumaq biz azərbaycanlıların vəzifəsidir. Dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq, vətəni içimizdə yaşatmalı, fəxr etməli, yeri gələndə həqiqətləri çatdırmalıyıq. Qoy birliyimiz, qələbəmiz daim olsun”.

Şəhid generalın xanımı söyləyib ki, Polad Həşimov sağ olsaydı, qələbəni elə xalqın içində qeyd edərdi:

“Polad Həşimov bütün ömrünü işğal altında olan ərazilərimizin geri qaytarılması yolunda səfərbər etmişdi. Onun keçdiyi mübarizə dolu yolun ən birinci şahidiyəm. Bəli, qələbəni görmədi, amma əmin idi. Polad Həşimovun illərlə yetişdirdiyi zabit və əsgərlər hərb meydanında öz gücünü ortaya qoydular. Bilirəm, ruhu şaddır cənab generalın. Əgər bu gün sağ olsaydı, qələbəni elə uğrunda canından keçməyə hazır olduğu xalq ilə birlikdə qeyd edərdi.

Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm, qoy birliyimiz, qələbəmiz daimi və əbədi olsun”.

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri