Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Həşim Səhrablı: “İranın əsas problemi imperialistlər yox, öz idarəçiliyidir”İranın geosiyasi mövqeyi onu həm regional, həm də qlobal güclərin maraq dairəsinə çevirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də son açıqlamasında ölkənin daim hazır vəziyyətdə olması zərurətini vurğulayaraq bildirib ki, İkinci Dünya müharibəsindən bu günə qədər İran dəfələrlə xarici müdaxilələrə və işğallara məruz qalıb.
Onun sözlərinə görə, beynəlxalq güclər, xüsusilə də Rusiya, ABŞ və digər imperialist mərkəzlər İranın suverenliyini daim hədəf alıblar və bölgədə qüvvələr balansının pozulması ölkə üçün ciddi təhlükələr yarada bilər.Bu yanaşma, bir tərəfdən, İranın öz təhlükəsizliyini qorumaq ehtiyacına əsaslansa da, digər tərəfdən ölkənin öz daxilində və qonşularla münasibətlərində apardığı siyasətin nəticələrini gözardı edir.
Belə ki, İran öz imperial ambisiyalarını qorumağa çalışmaqla yanaşı, eyni zamanda digər dövlətlərlə, o cümlədən sivil dünya ilə əməkdaşlıq qurmaqda çətinlik çəkir.
Məhz bu ikili yanaşma İranın öz təbii sərvətlərini effektiv şəkildə yönləndirə bilməməsinə və regional münasibətlərdə gərginlik yaratmasına səbəb olur.Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a açıqlamasında İsmayıl Bəqayinin həm haqlı, həm də haqsız olduğunu söyləyib: "Haqlıdır ona görə ki, İranın maraqları kontekstindən məsələyə yanaşdıqda aydın görünür ki, istər Rusiya, istər Çin, istərsə də Qərb-bütün bu güc mərkəzləri imperialist mahiyyət daşıyır.
Onlar başqa dövlətlər üzərində hegemonluq qurmaq istəyirlər və bu baxımdan, İranın da daxil olduğu bölgədə öz təsir dairələrini genişləndirməyə çalışırlar.Eyni zamanda, İran da tarixən imperial ambisiyalara sahib bir dövlətdir və hazırda bu imperiya maraqlarını qorumaq mövqeyindən çıxış edir.
Bu mübarizədə-imperialist güclərin qarşıdurması fonunda, Bəqayinin vurğuladığı kimi, İran zaman-zaman böyük güclərin savaş meydanına çevrilib, istismar olunub, əraziləri zəbt edilib, təbii sərvətləri talan edilib.