Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Geosiyasi paradoks: İran imperialist güclərdən şikayət etsə də, özü də eyni siyasət yürüdür

Geosiyasi paradoks: İran imperialist güclərdən şikayət etsə də, özü də eyni siyasət yürüdür

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Həşim Səhrablı: “İranın əsas problemi imperialistlər yox, öz idarəçiliyidir”

İranın geosiyasi mövqeyi onu həm regional, həm də qlobal güclərin maraq dairəsinə çevirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də son açıqlamasında ölkənin daim hazır vəziyyətdə olması zərurətini vurğulayaraq bildirib ki, İkinci Dünya müharibəsindən bu günə qədər İran dəfələrlə xarici müdaxilələrə və işğallara məruz qalıb. Onun sözlərinə görə, beynəlxalq güclər, xüsusilə də Rusiya, ABŞ və digər imperialist mərkəzlər İranın suverenliyini daim hədəf alıblar və bölgədə qüvvələr balansının pozulması ölkə üçün ciddi təhlükələr yarada bilər.

Bu yanaşma, bir tərəfdən, İranın öz təhlükəsizliyini qorumaq ehtiyacına əsaslansa da, digər tərəfdən ölkənin öz daxilində və qonşularla münasibətlərində apardığı siyasətin nəticələrini gözardı edir. Belə ki, İran öz imperial ambisiyalarını qorumağa çalışmaqla yanaşı, eyni zamanda digər dövlətlərlə, o cümlədən sivil dünya ilə əməkdaşlıq qurmaqda çətinlik çəkir. Məhz bu ikili yanaşma İranın öz təbii sərvətlərini effektiv şəkildə yönləndirə bilməməsinə və regional münasibətlərdə gərginlik yaratmasına səbəb olur.


Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a açıqlamasında İsmayıl Bəqayinin həm haqlı, həm də haqsız olduğunu söyləyib: 


"Haqlıdır ona görə ki, İranın maraqları kontekstindən məsələyə yanaşdıqda aydın görünür ki, istər Rusiya, istər Çin, istərsə də Qərb-bütün bu güc mərkəzləri imperialist mahiyyət daşıyır. Onlar başqa dövlətlər üzərində hegemonluq qurmaq istəyirlər və bu baxımdan, İranın da daxil olduğu bölgədə öz təsir dairələrini genişləndirməyə çalışırlar.

Eyni zamanda, İran da tarixən imperial ambisiyalara sahib bir dövlətdir və hazırda bu imperiya maraqlarını qorumaq mövqeyindən çıxış edir. Bu mübarizədə-imperialist güclərin qarşıdurması fonunda, Bəqayinin vurğuladığı kimi, İran zaman-zaman böyük güclərin savaş meydanına çevrilib, istismar olunub, əraziləri zəbt edilib, təbii sərvətləri talan edilib. Bu tarixi faktlar fonunda onun narahatlıqları əsaslı görünür. Amma İsmayıl Bəqayi özü də anlamalıdır ki, bu gün İran işğal edilməmiş olsa belə, öz təbii sərvətlərini qeyri-şəffaf və qeyri-səmərəli siyasət nəticəsində ucuza xarici güclərə-o cümlədən Çinə təqdim edir. Bu vəziyyətin yaranmasının əsas səbəbi ölkə rəhbərliyinin yarıtmaz idarəçiliyi və dünyaya inteqrasiya olunmaq qabiliyyətinin zəifliyidir". 


Ekspert İranın sivil dünya və imperial güclərlə sağlam münasibətlər qurmaqda çətinlik çəkdiyini bildirib: 

"Bu, ölkənin iqtisadi potensialının düzgün istiqamətlənməsinə və milli maraqların qorunmasına ciddi əngəl yaradır.

Digər tərəfdən, İran hakimiyyəti öz daxili və regional siyasətində də ciddi səhvlərə yol verir. Məsələn, antitürk, antiazərbaycan və antitürkiyə yönümlü yanaşmalar, İranın sərhədlərində özünə dost ola biləcək ölkələrlə münasibətlərini gərginləşdirir. Halbuki Azərbaycan və Türkiyə ilə daha rasional və qarşılıqlı faydalı əməkdaşlıq mümkündür və olmalı idi.

Bu səbəbdən, əgər İran imperialist güclərə qarşı haqlı mövqe nümayiş etdirmək istəyirsə, əvvəlcə özü həmin imperialist yanaşmadan imtina etməli, daxili və xarici siyasətində öz səhvlərini qəbul etməli və islahatlara başlamalıdır. Ancaq bu halda İranın digərlərindən ədalət və qarşılıqlı hörmət tələb etmək üçün mənəvi haqqı ola bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see140

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri