Icma.az bildirir, Olke.az portalına istinadən. Bu gün aparıcı Elcan Rəsulovun 38 yaşı tamam olur.
"Ölkə.az" xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib: "22.02.1987-ci ildə, elə bu cür qarlı, şaxtalı bir gündə dünyaya göz açmışam.
Ağlım kəsəndə ölkəmizdə vəziyyət yaxşı deyildi. Müharibə, qaçqın və köçkün qohumlar, uzun-uzadı çörək növbələri balaca uşağı çox qorxudurdu.
O qədər gizlində ağlayan adamlar görmüşdüm ki, elə balaca vaxtından hamını güldürməyə çalışırdım. İstəyirdim heç kim ağlamasın, hamı gülsün.
Onda mən də xoşbəxt olurdum. Sonra bir az da böyüdüm, artıq yavaş-yavaş hər şey düzəlməyə başlayırdı.
İbtidai siniflərdə polis olmaq istəyirdim. Evdən də hüquq fakültəsinə daxil olmağımı hədəfləmişdilər.
Ta ki 6-cı sinifdə oxuyanda "Xalq teatrı"na üzv seçilənə qədər. Seçilmək üçün xüsusi səhnəcik və parodiyalar hazırlamışdım.
Beləcə bu yolum başladı. Arzularınızın və sevdiyiniz işin arxasınca həmişə gedin.