Icma.az
close
up
RU
Gərək 25 yaşına qədər evlənər, içki içməzdim

Gərək 25 yaşına qədər evlənər, içki içməzdim

Icma.az bildirir, Olke.az portalına istinadən.

Bu gün aparıcı Elcan Rəsulovun 38 yaşı tamam olur.

"Ölkə.az" xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib:

"22.02.1987-ci ildə, elə bu cür qarlı, şaxtalı bir gündə dünyaya göz açmışam. Ağlım kəsəndə ölkəmizdə vəziyyət yaxşı deyildi. Müharibə, qaçqın və köçkün qohumlar, uzun-uzadı çörək növbələri balaca uşağı çox qorxudurdu. O qədər gizlində ağlayan adamlar görmüşdüm ki, elə balaca vaxtından hamını güldürməyə çalışırdım. İstəyirdim heç kim ağlamasın, hamı gülsün. Onda mən də xoşbəxt olurdum. Sonra bir az da böyüdüm, artıq yavaş-yavaş hər şey düzəlməyə başlayırdı. İbtidai siniflərdə polis olmaq istəyirdim. Evdən də hüquq fakültəsinə daxil olmağımı hədəfləmişdilər. Ta ki 6-cı sinifdə oxuyanda "Xalq teatrı"na üzv seçilənə qədər. Seçilmək üçün xüsusi səhnəcik və parodiyalar hazırlamışdım. Beləcə bu yolum başladı. Arzularınızın və sevdiyiniz işin arxasınca həmişə gedin. Yəqin ki, uğur yalnız o yoldadır ki, sizin beyninizdən çıxmır.

Pis-yaxşı bu günə qədər gəlmişəm. Azad, xoşbəxt ölkənin vətəndaşıyam. Dünyanın bəlkə də yarısını gəzmişəm. Vətənimdə çox xoşbəxt oluram. Az-çox məni sevən xətrimi istəyən, sənətimi bəyənən adamlar var. Hamısının qarşısında baş əyirəm. Həmişə sıxılmaqdan boğulanda, məhz onları düşünəndə elə bil yeni nəfəs açılır. Yenidən doğulsaydım bu sənətimi seçərdim? Hə. Amma bəzi səhvlər etmişəm ki, etməzdim. Məsələn: Siqareti başlayan gün tərgidərdim. İçki heç bir dəfə də içməzdim. Haradasa 25 yaşına qədər evlənərdim. Magistratura oxuyub, hətta ikinci təhsili alardım. Paralel bir teatrda da işləyərdim. 87 kiloqram çəkimi həmişə saxlayardım. Atamı ölməyə qoymazdım. Heç olmasa 1-2 il artıq yaşaması üçün vuruşardım. Və daha nələr, nələr.... Öpürəm, sizi sevirəm. 38 yaşım uğurlu və köklü dəyişikliklər etmək üçün gəl".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Fevral 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri